Bakı,
Azərbaycan
15/05/2026
-
29/05/2026
İş haqqında məlumat
- Şirkətin maliyyə, əməliyyat və inzibati fəaliyyətinin daxili prosedur və qaydalara uyğunluğunu mütəmadi olaraq yoxlayır;
- Mühasibat uçotu, ödənişlər, kassa əməliyyatları, bank köçürmələri və digər maliyyə əməliyyatlarının düzgünlüyünü təhlil edir;
- Müxtəlif şöbələr üzrə sənəd dövriyyəsini yoxlayır, sənədlərdə mövcud uyğunsuzluqları və çatışmazlıqları müəyyən edir;
- Şirkət daxilində həyata keçirilən satınalma, logistika, nəqliyyat, yanacaq və anbar əməliyyatlarının auditini aparır;
- Nəqliyyat vasitələri üzrə yanacaq sərfiyyatını, GPS məlumatlarını, marşrut vərəqlərini, reys hesabatlarını və digər əməliyyat məlumatlarını müqayisəli şəkildə analiz edir;
- Faktiki göstəricilərlə sistem məlumatları arasında fərqləri müəyyən edir və səbəblərini araşdırır;
- Əməkdaşların işə davamiyyəti, iş qrafiki, ezamiyyət və məzuniyyət məlumatlarının sistem üzrə düzgün əks olunmasına nəzarət edir;
- Şirkət aktivlərinin qorunması və düzgün istifadəsi ilə bağlı nəzarət mexanizmlərinin effektivliyini qiymətləndirir;
- Risk yarada biləcək əməliyyatları əvvəlcədən müəyyən edir və rəhbərliyə müvafiq təkliflər təqdim edir;
- Audit zamanı aşkar olunan nöqsan, səhv və qayda pozuntuları barədə akt, arayış və hesabatlar hazırlayır;
- Aşkarlanmış problemlərin aradan qaldırılması üçün tədbirlər planı hazırlanmasında iştirak edir və icra vəziyyətinə nəzarət edir;
- Şirkətin daxili nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində təkliflər verir;
- Müqavilələrin, öhdəlik sənədlərinin və təsdiq proseslərinin şirkət prosedurlarına uyğunluğunu yoxlayır;
- Əməliyyatların qanunvericiliyə və şirkət daxili normativ sənədlərə uyğun aparılmasına nəzarət edir;
- Audit yoxlamaları zamanı aidiyyəti əməkdaşlardan izahat və əlavə məlumatlar tələb edir;
- Rəhbərlik tərəfindən verilmiş tapşırıqlar əsasında planlı və ya plandankənar audit yoxlamaları həyata keçirir;
- Aylıq, rüblük və illik audit hesabatlarını hazırlayaraq rəhbərliyə təqdim edir;
- Şirkət üzrə maliyyə itkilərinə və ya intizam pozuntularına səbəb ola biləcək halları araşdırır və nəticələr barədə rəhbərliyə məlumat verir;
- Daxili audit proseslərində məxfilik prinsipinə riayət edir və xidməti məlumatların qorunmasını təmin edir;
- Şirkətin fəaliyyət səmərəliliyinin artırılması məqsədilə proseslərin optimallaşdırılması üzrə təkliflər hazırlayır;
- Audit zamanı əldə olunan məlumatları sistemləşdirir, analiz edir və arxivləşdirir;
- İş bölgüsü əsasında rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra etmək.
Əmək şəraiti
- Həftədə 6 iş günü
- Nəqliyyat və nahar şirkət tərəfindən təmin edilir
- İş yeri: Qaradağ rayonu, Sahil qəs.
- Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır
Tələblər
- Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə);
- Azərbaycan dili zəruri, İngilis və ya Rus dili arzuolunandır;
- Xərclərə nəzarət, maliyyə hesabatlılığı sahəsində nəzəri biliklər;
- Nəqliyyat sahəsində minimum 1 il iş təcrübəsi vacibdir;
- Məntiqi və analitik düşüncə;
- 1C 8.3 proqramı ilə işləmə təcrübəsi;
- MS Office proqramları biliyi (xüsusilə Excel).
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.