Bakı,
Azərbaycan
23/09/2026
-
06/10/2026
İş haqqında məlumat
Core Construction komandamıza tikinti layihələri üzrə xərclərin, büdcələrin və hesabatların effektiv idarə olunmasını təmin edəcək Xərclərə Nəzarət üzrə Mütəxəssis (Cost Control Specialist) axtarırıq.
Əsas vəzifələr:
- Tikinti layihələri üzrə xərclərin planlaşdırılması və nəzarətdə saxlanılması;
- Layihə büdcələrinin hazırlanması və icrasının izlənilməsi;
- Faktiki xərclərin büdcə və plan göstəriciləri ilə müqayisə edilməsi;
- Excel proqramında xərclər üzrə cədvəllərin, hesabatların və analitik faylların hazırlanması və yenilənməsi;
- Xərclər üzrə aylıq və dövri hesabatların hazırlanması;
- Material, əmək, avadanlıq və digər layihə xərclərinin təhlili;
- Xərclər üzrə kənarlaşmaların müəyyən edilməsi və səbəblərinin araşdırılması;
- Müqavilə və satınalma məlumatlarının xərclərlə uyğunluğunun yoxlanılması;
- Layihə rəhbərliyi və digər aidiyyəti şöbələrlə koordinasiyalı fəaliyyət;
- Xərclərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
- Word və Excel proqramlarında sənədlərin, cədvəllərin və hesabatların peşəkar şəkildə hazırlanması.
Tələblər
- Ali təhsil (maliyyə, iqtisadiyyat, mühasibatlıq, mühəndislik və ya əlaqəli sahə);
- Tikinti sektorunda Cost Control / Project Control sahəsində iş təcrübəsi üstünlükdür;
- MS Excel proqramında yüksək səviyyədə işləmə bacarığı – əsas tələbdir;
- Excel-də formulalar, funksiyalar, cədvəllər, məlumatların çeşidlənməsi və təhlili üzrə praktiki biliklər;
- MS Word proqramında peşəkar səviyyədə işləmə bacarığı;
- Hesabat və cədvəllərlə işləmə bacarığı;
- Maliyyə və büdcə göstəricilərinin təhlili üzrə biliklər;
- Analitik düşünmə və detallara diqqət;
- Məsuliyyətli və sistemli iş prinsipi;