SOCAR

Xidmət rəisi (Saatlı rayonu, Sayğac əməliyyatları xidməti)

SOCAR
Ə/h razılaşma ilə
734
Tam iş günü
Saatlı, Azərbaycan
31.10.2025 03:31 - 30.11.2025 12:00

İş haqqında məlumat

  • Xidmətin işinin təşkili üçün aylıq planları hazırlamaq, hesabatlılığını təmin etmək; 
  • Aşkarlanmış qüsurları aidiyyatı üzrə yönləndirmək, planın icrasını təmin etmək; 
  • Sayğac əvəzləmənin planını hazırlamaq və icrasına nəzarət etmək; 
  • Sayğaca texniki baxışın keçirilməsini planını hazırlanmasını təmin etmək; 
  • Daxil olan sayğaclar ilə bağlı müraciətlərin aidiyyatı üzrə yönləndirmək və icrasına nəzarət etmək; 
  • Aşağı təzyiqli qaz şəbəkəsinə və üzərində olan avadanlıqlara dislokasiya marşurutları üzrə texniki baxış planının hazırlanmasını təmin etmək və icrasına nəzarət etmək; 
  • Texniki baxışın nəticələrinə əsasən sızma hallarının qarşısının alınmasına nəzarət etmək; 
  • Aylıq sayğac oxuma planını hazırlamaq və icrasına nəzarət etmək; 
  • Abonentlərə Kağız və SMS bildirişlərin təqdim edilməsinə nəzarət etmək; 
  • Abonentlərin debitor borcları və ödəniş prosedurları barədə maarifləndirilməsinə nəzarət etmək; 
  • Kommersiya şöbəsi tərəfindən təqdim olunmuş siyahılar üzrə debitor borclu abonentlərin qaz təminatını dayandırılmasına nəzarət etmək; •Kommersiya şöbəsi tərəfindən təqdim olunmuş siyahılar üzrə abonentlərin qaz təminatını bərpa edilməsinə nəzarət etmək; 
  • Xidmət Sahəsinin ərazilərində istifadədə olan sayğacların keyfiyyətinə nəzarət etmək və bu haqda rəhbərliyə məlumat vermək; 
  • Sayğacların kalibrasiyasının təyin edilən plana uyğun icra edilməsini təmin etmək; 
  • Balans qovşaqlarının və sənaye sayğaclarının quraşdırılması və idarə edilməsini təşkil etmək; 
  • Əhali abonentləri üzrə, dövrü yoxlama müddəti tamam olan (və ya qüsurla işlədiyi aşkarlanan) məişət tipli qaz sayğaclarının çıxarılaraq yenisi ilə əvəzlənməsini təmin etmək; (planlama, icraya nəzarət və s.) 
  • Məişət tipli qaz sayğaclarının əvəzlənməsi üzrə işləri icra edən müvafiq xidmətləri sayğac, plomb, akt və s. zəruri materiallarla təmin etmək; 
  • Smart-kartların istifadəsi zamanı mövcud ola biləcək problemlərin aradan qaldırılmasında tam dəstək göstərmək; 
  • Müəyyən edilmiş hesabatları vaxtında və aidiyyəti üzrə təqdim etmək; 
  • Qaz sərfi avadanlıqlarının və ölçü cihazlarının istismar təlimatlarına uyğun istifadə olunmasına nəzarət etmək; 
  • Vətəndaşlardan daxil olan ərizə və müraciətlərin araşdırılması, onların əsasında müvafiq tədbirlərin görülməsi və ünvanlarına cavablandırılmasını təmin etmək; 
  • Müxtəlif markalı qaz sayğaclarının və digər ölçü vasitələrinin təsərrüfatda metroloji qaydalara uyğun tətbiqinə, quraşdırılmasına və istismarına nəzarət etmək; 
  • Xidmət Sahəsi tərəfindən qəbul edilən və təhvil verilən təbii qazın təhvil qəbul məntəqələrində quraşdırılmış ölçü vasitələrinin işinə və onların üzərinə plombların düzgün vurulmasına nəzarət etmək; 
  • Öz ixtisasını və nəzəri biliklərini artırmaq, qabaqcıl iş metodlarından istifadə etmək; 
  • Üzvü olduğu komissiyanın işində iştirak etmək; 
  • Xidmətdə elektrik təhlükəsizliyi və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək; 
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası məsələləri üzrə SOCAR tərəfindən təsdiq olunmuş “Azərbaycan neft sənayesində əməyin mühafizəsinin Vahid idarəetmə Sistemi”ni işdə rəhbər tutmaq. 

Tələblər

  • Təhsil pilləsi :Orta-ixtisas təhsiliAli təhsil;
  •  Müddəti / İş təcrübəsi:5 İl / Müvafiq sahə üzrə.