

Yanacaq Avadanlıqları üzrə Mexanik-Çilingər (regionlar)
North West Construction
Ə/h razılaşma ilə
262
Tam iş günü
Bölgələr,
Azərbaycan
08.10.2025 02:20
-
08.11.2025 12:00
İş haqqında məlumat
- Yanacaq avadanlıqlarının (nasoslar, dispenserlər, kompressorlar, klapanlar, filtrasiya sistemləri və s.) sazlanması, texniki baxışı və təmiri;
- Çilingər işlərinin aparılması: nasaz hissələrin sökülməsi, dəyişdirilməsi, qaynaq və montaj işlərinin həyata keçirilməsi;
- Yanacaq anbarı, çənlər, nasos stansiyaları, dispenserlər və paylayıcı qurğuların işlək vəziyyətdə saxlanılması;
- Boru xətlərinin düzgün qoşulması, hermetikliyinin yoxlanılması və müəyyən testlərinin aparılması;
- Klapanlar, muftalar, flanşlar və digər mexaniki hissələrin sazlanması və təmiri;
- Nasaz və köhnəlmiş hissələrin dəyişdirilməsi, yeni avadanlıqların quraşdırılmasında iştirak;
- Yanacaq sızmalarının, texniki nasazlıqların aşkar edilməsi və operativ şəkildə aradan qaldırılması;
- Yanacaq nasoslarının və filtrasiya sistemlərinin təmizlənməsi, baxımı və texniki xidmətinin təşkili;
- Təhlükəli mayelərlə işləyərkən müvafiq qoruyucu vasitələrdən istifadə etmək və işçi təhlükəsizliyini təmin etmək;
- Texniki işlər zamanı təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması;
- Günlük, aylıq və planlı texniki baxışların aparılması və nəticələrin hesabatlaşdırılması;
- Ehtiyat hissələrinin vaxtında dəyişdirilməsi, sifarişlərin hazırlanması və inventar qeydiyyatının aparılması;
- Təmir və quraşdırma işlərinin nəticələrinin sənədləşdirilməsi və rəhbərliyə hesabat verilməsi.
CV-nizi məktubun mövzu hissəsində “YDM üzrə çilingər (regionlar)” qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
Tələblər
- Texniki-peşə təhsili və ya mexanika, çilingərlik, avadanlıqların təmiri sahəsində orta ixtisas təhsili;
- Yanacaq dispenserləri, nasoslar, klapanlar, boru xətləri və digər mexaniki avadanlıqların quruluşu və işləmə prinsiplərini bilmək;
- Çilingər və mexaniki alətlərlə işləmə bacarığı;
- Yanacaq avadanlıqları üzrə və ya oxşar texniki sahədə minimum 2-3 il iş təcrübəsi;
- Nasazlıqları diaqnostika etmək və tez həll etmək bacarığı;
- Santexnika, qaynaq, mexaniki montaj işləri üzrə biliklərə malik olmaq;
- Boru xətləri və yanacaq ötürmə sistemlərinin texniki xidmət və təmir bacarıqları;
- Avadanlıqların sökülməsi, yığılması, sazlanması və təmirinin aparılması;
- Yanacaq və neft-kimya sənayesində tətbiq olunan təhlükəsizlik qaydalarını bilmək;
- Sürücülük vəsiqəsi (B və ya C kateqoriya);
- Məsuliyyətli və diqqətli olmaq.