Bakı,
Azərbaycan
26/12/2025
-
09/01/2026
İş haqqında məlumat
- Yanacaq doldurma maşınını təyin olunmuş marşrutlar üzrə təhlükəsiz idarə etmək.
- Yanacağın vaxtında və düzgün şəkildə təyinat yerinə çatdırılmasını təmin etmək.
- Maşının texniki vəziyyətinə gündəlik nəzarət etmək, aşkar edilmiş nasazlıqlar barədə rəhbərliyə məlumat vermək.
- Yanacaq doldurma və boşaltma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək.
- Yanacaq itkisinin, sızmasının və qəza hallarının qarşısını almaq.
- Yüklə bağlı sənədlərin (qaimə, yol vərəqi və s.) düzgün aparılmasını təmin etmək.
- Fövqəladə hallarda müəyyən edilmiş qaydalara uyğun davranmaq.
- İş yerində intizam və təmizlik qaydalarına riayət etmək.
Tələblər
- İş təcrübəsi: Müvafiq sahədə 3-5 il;
- Yanacaq doldurma maşınının texniki quruluşunu və istismar qaydalarını bilmək
- Təhlükəli yüklərin daşınması ilə bağlı əsas tələbləri bilmək və müvafiq sertifikata malik olamaq
- Yanğın təhlükəsizliyi və ilk tibbi yardımın əsaslarından ətraflı məlumatlı olmaq
- Yol hərəkəti qaydalarına hakim olmaq
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.