Yanğın Aşkaretmə və Həyəcan Sistemləri üzrə Mütəxəssis
Fire Safety Caspian Azerbaijan
1700 - 2200 ₼
612
Tam iş günü
Bakı,
Azərbaycan
25/05/2026
-
08/06/2026
İş haqqında məlumat
- Ünvanlı və analoq yanğın siqnalizasiya sistemlərinin quraşdırılması, sazlanması və texniki xidmətinin həyata keçirilməsi;
- Yanğın panellərinin proqramlaşdırılması, zonaların və ünvanların konfiqurasiyası;
- Elektrik sxemlərinin və layihə çertyojlarının oxunması və tətbiqi;
- Kabel xətlərinin çəkilməsi, panel, detektor və modulların düzgün montajına nəzarət;
- Xətt qüsurlarının test cihazları vasitəsilə aşkarlanması və aradan qaldırılması;
- Yanğın sistemlərinin digər mühəndis sistemləri ilə inteqrasiyasının təmin edilməsi.
Təklif olunur:
- Əmək haqqı: 1700 – 2200 AZN;
- Peşəkar inkişaf və layihələrdə iştirak imkanı.
Tələblər
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Honeywell, Bosch, Siemens, Schrack, Mavigard, Ziton, Rubej və digər sistemlərlə işləmə bacarığı;
- Yanğın paneli proqramları ilə sərbəst işləmək bacarığı;
- Elektrik və zəif axın sistemləri üzrə texniki biliklər;
- Problemləri operativ analiz və həll etmə bacarığı;
- Komandada işləmək və məsuliyyətlilik.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.