Bakı,
Azərbaycan
03.10.2025 10:10
-
03.11.2025 12:00
İş haqqında məlumat
Qurumun adı:Zığ Gəmi Təmiri və Tikintisi Zavodu.
- Yanğının söndürülməsi, insanların xilas edilməsi, yanğın təhlükəsi olan ərazi və obyektlərə daimi nəzarətin təşkili, qəzaların və təbii fəlakətlərin aradan qaldırılması, maddi dəyərlərin boşaldılması, xüsusi qurğuların, mexanizmlərin, təcrid aparatlarının açılması və sökülməsi yoxlanılması vəzifələrini yerinə yetirir;
- Baş vermiş qəzalarda xilasetmə və təcili xilasetmə əməliyyatları aparır;
- Xəsarət almışlara ilkin tibbi yardım göstərir;
- Qəza yerindən zərərçəkənlərin daşınmasını təmin edir;
- Yanğınların, qəzaların, təbii fəlakətlərin təsirlərinin qarşısını almaq və ya azaltmaq üçün profilaktik tədbirlər həyata keçirir;
- Yanğın təhlükəsizliyi və xilasetmə alətlərə və avadanlıqlara texniki xidmət göstərir. Yanğın baş verən ərazilərdə istifadə olunan radio qurğuları və əlaqə vasitələrindən istifadə edərək, bölmə və sahələrdə, patrul vəzifələrində, yanğınsöndürənin daxili paltarında müvafiq qaydaların və təlimatların tələblərinə uyğun olaraq xidmət göstərir.
Tələblər
- AR digər normativ hüquqi aktlarını, həmçinin FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin fəaliyyəti ilə bağlı normativ sənədlərini; tənzimləmə və metodik sənədləri, yanğınsöndürmə xidmətinin təşkili qaydalarını; yanğınsöndürmə vasitələrində yanğınsöndürmə və xilasetmə alət və avadanlıqları ilə işin təşkilini, yerləşdirilməsini və iş qaydalarını;
- Cihaz, izolyasiya edən qaz maskalarının işlədilməsi qaydalarını və onlarda işləmək; yanğın şəraitində təbii fəlakət və qəzaların nəticələrinin aradan qaldırılması və yanğın söndürmə xüsusiyyətlərini;
- Maddələrin və materialların yanğın təhlükəsinin əsas parametrlərini; insanları xilas etmək və maddi dəyərlərin boşaltmaq üçün əsas yollarını;
- İstehsalat yerlərində yanğınlarla mübarizə aparılmasının əsaslarını; konstruksiyaların açılması və sökülməsi üzərində iş üsulları üzrə metodlarını; partlayıcı və radioaktiv maddələrin iştirakı ilə yanğın zamanı baş verən xoşagəlməz amilləri və aşkar hallarını; yaşayış və daxili obyektlərin yanğın vəziyyətinin yoxlanılması qaydasını; yanğınsöndürmə məntəqəsinin yola salınması sahəsi və xüsusilə mühüm və yanğın təhlükəli obyektlərin yerləşdiyi yerini;
- Yanğınsöndürmə suyun təchizatını; qarnizon və keşik xidməti vəzifələri; ilkin tibbi yardım qaydalarını;
- Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydaları;
- Tələb olunan minimum iş stajı:3 il (sahə üzrə).