F

Yaşıllaşdırma üzrə menecer

Foton
3000 ₼
637
Tam iş günü
Bölgələr, Azərbaycan
30.06.2025 09:39 - 30.07.2025 12:00

İş haqqında məlumat

  • Villa komplekslərində iri yaşıllıq sahələrinin planlı şəkildə baxımına və yaxşılaşdırılmasına rəhbərlik etmək;
  • Ağacların, kolların, gül bitkilərinin düzgün əkilməsinə və qulluğuna nəzarət;
  • Bitkilərin, ağacların diblərinin boşaldılması, mineral gübrələrin verilməsi və bitkilərə qulluq edilməsinə nəzarət etmək;
  • Bitkilərin, ağacların vaxtında sulanması və xüsusi dərmanlarla qulluq edilməsinə nəzarət və məsuliyyət daşımaq;
  • Qazonların vaxtında  biçilməsi, bitkilərin budanması qrafikinin hazırlanması və işinin təşkil edilməsi;
  • Yerli aqronomlara tapşırıqlar vermək və onların işini koordinasiya etmək;
  • Bağban heyətinin gündəlik iş fəaliyyətinə nəzarət və istiqamətləndirmə; 
  • Yaşıllıq sahələrinin estetik və funksional vəziyyətinin daimi monitorinqi;
  • İstifadə olunan materialların və inventarın idarə edilməsi;
  • HSE (Əməyin mühafizəsi və təhlükəsizlik) qaydalarına əməl olunmasına nəzarət;
  • Hər ayın sonunda ay ərzində görülən işlərin hesabatını hazırlamaq;
  • Könüllü tibbi siğorta; (ailə paketi);
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • Peşəkar komanda ilə işləmək fürsəti;
  • İş rejimi: 5 günlük;
  • İş yeri: Regionlar;
  • İşçi yaşayış yeri, qidalanma və telefon danışığı ilə təmin edilir.

Tələblər

  • Aqronomiya sahəsində təhsil və bu sahədə minimum 5 illik iş təcrübəsi;
  • Hesabatların hazırlanması üçün kompüterdə işləmək bacarığı;( MS Office proqramları);
  • Komanda idarəetmə və liderlik bacarığı; 
  • Planlaşdırma və təşkilatçılıq qabiliyyəti;
  • Bitki növləri, torpaq və gübrələmə sistemləri üzrə nəzəri və praktiki biliklər; 
  • Büdcə və resursların idarə olunması üzrə təcrübə; 
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.