Bakı,
Azərbaycan
14.05.25
-
14.06.25
İş haqqında məlumat
Mərhələli dəyərləndirmələr (məntiq testi və müsahibə) nəticəsində seçiləcək məzunlar şirkətimizdə aşağıda qeyd olunan şöbələr üzrə təcrübə keçəcəklər.
Təcrübə keçiriləcək şöbələr:
- Mühasibatlıq şöbəsi
- Maliyyə şöbəsi
- İnformasiya texnologiyaları şöbəsi
- Nəzarət ölçü cihazları və Avtomatlaşdırma şöbəsi
- SƏTƏM şöbəsi
- Satış şöbəsi
- Keyfiyyətə nəzarət və Laboratoriya şöbəsi
- Sənaye qaz istehsalı şöbəsi
- Elektrik mühəndisliyi şöbəsi
- Mexanika şöbəsi
- İstehsalat şöbəsi
Təcrübə proqramı iyun ayında start verməklə 3 ay davam edəcək. Bu müddət ərzində təcrübəçilər şirkət və onun fəaliyyəti haqqında məlumat alacaq, real tapşırıqlar üzərində təcrübə və araşdırma yolu ilə yeni bilik, bacarıqlara yiyələnəcək və iş həyatına ilk addımlarını atacaqlar. Təcrübə proqramını uğurla tamamlayan təcrübəçilərə “Azerfloat” QSC tərəfindən sertifikat və müsbət xasiyyətnamə veriləcək. Texniki bilik və bacarıqları ilə fərqlənən təcrübəçilər işlə təmin olunacaqlar.
- Nahar;
- Servis: 20 Yanvar-dan təmin edilir;
- 08:00-17:00 (Bazar ertəsi – Cümə).
Tələblər
- Ali və ya orta peşə ixtisasının sonuncu kurs tələbələri;
- Ali və ya orta peşə ixtisasını bitirən məzunlar;
- Ünsiyyət bacarığı;
- Təşəbbüskarlıq;
- Məsuliyyət və punktuallıq;
- Araşdırma bacarığı.