Liv Bona Dea Hospital

Yemək Paylayıcı

Liv Bona Dea Hospital
Ə/h razılaşma ilə
404
Tam iş günü
Bakı, Azərbaycan
20/11/2025 - 20/12/2025

İş haqqında məlumat

  • Xəstələrə və müştərilərə standartlara uyğun şəkildə yüksək səviyyədə xidmət göstərmək;
  • Günlük menyuya əsasən xəstələrə yeməklərin vaxtında və düzgün qaydada paylanılmasını təmin etmək;
  • Təyin edilmiş dietik və xüsusi qidalanma tələblərinə uyğun olaraq porsiyaların düzgün verilməsinə nəzarət etmək;
  • Yemək paylanması zamanı xəstə ilə etik və qaydalara uyğun ünsiyyətin qurulmasını təmin etmək;
  • Paylama arabası və istifadə olunan avadanlıqların təmizliyi və səliqəsini qorumaq;
  • Yemək bölməsində gigiyena qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Xəstələrdən daxil olan müraciət və iradları səbrlə dinləmək və müvafiq şəxslərə yönləndirmək;
  • Komanda daxilində nizam-intizam və dəstəkverici iş mühitinin qorunmasına töhfə vermək.

Tələblər

  • Təhsil: orta;
  • İş təcrübəsi: müvafiq sahədə təcrübəsi olan namizədlərə üstünlük verilir;
  • Dil bilikləri: Azərbaycan dili səlis (rus dili arzuolunandır);
  • Gülərüz, ünsiyyətcil, xidmət mədəniyyətinə sahib olmaq;
  • Komanda ilə işləmək bacarığı;
  • Məsuliyyətli, punktual, səliqəli və stressə davamlı olmaq.

Oxşar vakansiyalar