SOCAR DOWNSTREAM MANAGEMENT LLC

Yerli emal və material qəbuluna nəzarət üzrə mühəndis

SOCAR DOWNSTREAM MANAGEMENT LLC
Ə/h razılaşma ilə
8538
Tam iş günü
Bakı, Azərbaycan
30/01/2026 - 13/02/2026

İş haqqında məlumat

  • Material və avadanlıqların müvafiq standartlara, texniki şərtlərə və layihə tələblərinə uyğunluğunun yoxlanılmasını həyata keçirmək, sınaqların planlaşdırılmasını, təşkili və icrasını təmin etmək, sınaq nəticələrini təhlil edərək müvafiq qaydada sənədləşdirmək.
  • Təftiş və Sınaq Planlarının (ITP) hazırlanmasında iştirak etmək, təsdiqlənmiş planların icrasına nəzarət etmək, icra prosesində aşkar olunan uyğunsuzluqlar üzrə düzəldici və qabaqlayıcı tədbirlərin görülməsini təmin etmək.
  • Ölçmələrə nəzarət etmək, Qeyri Dağıdıcı Sınaqların (NDT) — ultrasəs, radiqrafiya, maqnit tozu, penetrant və s. — tətbiqini təşkil etmək və nəticələrin müvafiq standartlara uyğunluğunu yoxlamaq, həmçinin digər texniki nəzarət prosedurlarını icra etmək.
  • Yerli və xarici istehsalçı və təchizatçıların fəaliyyətinə nəzarət etmək, onların keyfiyyət planlarını və istehsal proseslərini qiymətləndirmək, emalatxana və sahə səfərləri həyata keçirərək istehsal və montaj mərhələlərində keyfiyyətə nəzarəti təmin etmək.
  • İstehsal olunacaq hissə və avadanlıqların texniki xüsusiyyətlərinin, spesifikasiyalarının və cizgilərinin hazırlanmasında texniki dəstək göstərmək, layihə və istehsal bölmələri ilə koordinasiyalı şəkildə işləmək.
  • Material nəzarəti üzrə aylıq, rüblük və tələb olunduqda xüsusi hesabatlar hazırlamaq, görülmüş işlər, aşkar edilmiş uyğunsuzluqlar və risklər barədə rəhbərliyə mütəmadi məlumat vermək.
  • Statik avadanlıqların bütövlüyü və istismar təhlükəsizliyi üzrə qüvvədə olan qanunvericilik və normativ tələblərin icrasına dəstək vermək, müvafiq yoxlamaların və qiymətləndirmələrin aparılmasında iştirak etmək.
  • Əsaslı təmir və modernizasiya işləri zamanı emal proseslərinə, materialların qəbulu və uyğunluğuna dair nəzarət tədbirlərinin planlaşdırılmasında və icrasında iştirak etmək.
  • Keyfiyyət təminatı sisteminin tələblərinə, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək, iş prosesində risklərin minimuma endirilməsi üçün müvafiq tədbirlərin görülməsinə nəzarət etmək.

Tələblər

  • Mexanika mühəndisliyi, metallurgiya və ya müvafiq texniki sahə üzrə bakalavr dərəcəsinin olması;
  • Emal, material qəbulu və ya oxşar texniki nəzarət sahəsində minimum 5 il iş təcrübəsi;
  • İngilis dili biliyi minimum B2 səviyyəsində;
  • Texniki cizgiləri və spesifikasiyaları oxuma və tətbiq etmə bacarığı;
  • Ölçü və ölçmə alətləri ilə sərbəst işləmə bacarığı;
  • MS Office proqramlarında yüksək səviyyəli bilik;
  • Analitik düşüncə, hesabat hazırlama və komanda ilə işləmə bacarığı;
  • SNT TA 1C standartına uyğun VT, PT, UT, RT və ya MPI Səviyyə 2 sertifikatlarının olması üstünlükdür.