Bakı,
Azərbaycan
07/07/2026
-
21/07/2026
İş haqqında məlumat
Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün Yol xidmətinə Yol montyoru axtarırıq!
Vəzifə funksiyası
- Namizəd metropoliten yollarının, rels təsərrüfatının və yol qurğularının təhlükəsiz, fasiləsiz və etibarlı istismarının təmin edilməsi məqsədilə təmir və texniki xidmət işlərinin yerinə yetirəcək.
Sizi hansı öhdəliklər gözləyir?
- Metropoliten yollarında təmir və texniki xidmət işlərinin yerinə yetirilməsi;
- Relslərin, şpalların, yol dəyişdirici qurğuların və digər yol elementlərinin təmiri və saz vəziyyətdə saxlanılması;
- Təmas relsinin, yolun plan və profilinin normativ tələblərə uyğunlaşdırılması işlərində iştirak etmək;
- Təmir işləri zamanı materialların yüklənməsi, boşaldılması və iş sahəsinə daşınmasını təmin etmək;
- İşə başlamazdan əvvəl istifadə olunacaq alət və avadanlıqların texniki vəziyyətini yoxlamaq;
- Tunel və yerüstü sahələrdə təhlükəsizlik qaydalarına ciddi riayət etmək;
- İş sahəsinin təhlükəsiz şəkildə çəpərlənməsini təmin etmək və iş başa çatdıqdan sonra iş yerini təhlükəsiz vəziyyətə gətirmək;
- Aşkar edilmiş nasazlıqlar və təhlükəli hallar barədə dərhal rəhbərliyə məlumat vermək;
- Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;
- Rəhbərlik tərəfindən verilən və vəzifəyə aid digər tapşırıqları yerinə yetirmək.
İş rejimi:
- 5 günlük iş həftəsi, 23:30-dan 05:30-dək (gecə növbəsi)
Metropoliten Sizə nə təklif edir?
- Sabit və etibarlı iş mühiti;
- Peşəkar komandada inkişaf və karyera imkanları;
- Metropolitendən ödənişsiz istifadə imkanı;
- Güzəştli nahar təminatı;
- Metropolitan Apartments və digər əməkdaşlıq etdiyimiz sanatoriyalarda istirahət (güzəştli) imkanı;
- Sağlam Ailə” Tibb Mərkəzində əməkdaşlar və onların birinci dərəcəli ailə üzvləri üçün güəştli xidmət imkanları;
- Push30 üzvlüyü üzrə əməkdaşlar üçün xüsusi güzəşt imkanı;
- Psixoloji dəstək xidməti.
Tələblər
- Yaşı 22-35 arası olan gənclər
- Təhsili nəqliyyat mühəndisliyi və dəmiryolu təsərrüfatı üzrə olan məzunlar
- Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə)
- Komanda ilə işləmək bacarığı;
- Məsuliyyətli və intizamlı olmaq;
- Təhlükəsizlik qaydalarına ciddi riayət etmək bacarığı;
- Gecə növbəsində işləməyə hazır olmaq;
- Operativ və çevik olmaq.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun