Rapid Services Azerbaijan LLC
Ə/h razılaşma ilə
626
Tam iş günü
Bakı, Azərbaycan
16.07.2025 12:52 - 16.08.2025 12:00

İş haqqında məlumat

  • Yolların tikintisi və təmirinin yerli və ya müvafiq ölkə qanunvericiliyi, təhlükəsizlik norma və qaydaları və müəyyən edilmiş təhlükəsizlik texnikasına uyğun əlaqələndirilməsi prosesini təmin etmək;
  • Yol tikintisi və texniki xidmət üzrə proseduraları bilmək;
  • Yolun layihələşdirilməsi və tikintisi ilə əlaqədar əsas xüsusiyyətləri həyata keçirmək;
  • Hesablamalar, eləcə də iqtisadi nəticələr üzrə smetanın tərtib olunması üçün metodları bilmək;
  • Təklif olunan ərazi, layihə və tikinti tələblərinin xərc və gəlirlər üzrə təhlilini, statik və ekoloji təsirini müəyyən etmək üçün hesablama bacarığına malik olmaq;
  • Layihənin həyata keçirilməsinin mümkünlüyünü müəyyən etmək məqsədi ilə material və avadanlığın sayını, sərfiyyatını, eləcə də insan əməyini qiymətləndirmək;
  • Problemləri və həll yollarını müəyyən etmək;
  • Layihəçəkmə və planlaşdırmanı bilmək;
  • Tikinti üzrə müasir alətlərdən istifadə etmək bacarığına malik olmaq;
  • Vaxtı idarə etmək bacarığına malik olmaq;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki: 6 günlük iş rejimi;
  • Əmək haqqı işçinin təcrübəsinə əsasən müsahibə əsasında müəyyən olunacaqdır.

Tələblər

  • Ali təhsil (yol mühəndisliyi və ya müvafiq sahə üzrə);
  • Müvafiq sahə üzrə minimum 10 il təcrübə;
  • Azərbaycan dili – əla səviyyədə; rus və ingilis dili bilikləri üstünlükdür;
  • Kompüter bilikləri: MS Office (xüsusilə Excel), AutoCAD, Autodesk Civil 3d və digər profil proqram təminatları;
  • Analitik düşüncə qabiliyyəti, dəqiqlik və operativlik.