Baku Bus

Yol-nəqliyyat hadisələri üzrə koordinator vəzifəsi üzrə işçi

Baku Bus
Ə/h razılaşma ilə
1175
Tam iş günü
Gəncə, Azərbaycan
30.05.2025 10:10 - 30.06.2025 12:00

İş haqqında məlumat

  • Müəssisənin istismarında olan avtobusların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin operativ və obyektiv araşdırılmasını təmin etmək;
  • Gündəlik baş vermiş yol-nəqliyyat hadisələrinin ümumi təhlilini aparmaq və səbəblərini müəyyənləşdirmək;
  • Hadisələrdə iştirak edən sürücülərin məsuliyyət dərəcəsini qiymətləndirmək və müvafiq qərarların qəbul olunmasında iştirak etmək;
  • Baş verən yol-nəqliyyat hadisələrinin araşdırılması məqsədi ilə sürücülərdən müvafiq izahatlar almaq və  hadisə ilə bağlı əsaslandırılmış rəy hazırlamaq;
  • Zəruri hallarda yol-nəqliyyat hadisələrinin araşdırılması istiqamətində hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmək;
  • Yol-nəqliyyat hadisələri üzrə ümumiləşdirilmiş aylıq və illik hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmə;
  • İs yeri:  Gəncə şəhəri;
  • İş vaxtı:  09.00-18.00;
  • Peşəkar,mehriban komandada iş;
  • Karyera yüksəlişi üçün perspektiv;
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
  • Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.

Tələblər

  • Ali təhsil (Hüquq, Yol hərəkətinin təşkili və s.) ;
  • Müvafiq sahə üzrə 3 il staj;
  • Yol hərəkəti qaydaları və nəqliyyat vasitələrinin istismarı üzrə biliklərə sahib olmaq;
  • MS Office proqramları ilə sərbəst işləmək bacarığı;
  • Azərbaycan  dilini sərbəst (rus  dili biliyi arzuolunandır) ;
  • Stressə davamlı, gərgin iş rejimində işləməyi bacarmalı;
  • Dəqiqlik, dürüstlük, analiz və təhlilemtə bacarığı;
  • İşçilərlə nəzakətli ünsiyyət;
  • İş rejiminə və prosedurlarına riayət;
  • Təşəbbüskarlıq və komandada işləmə bacarığı.


Oxşar vakansiyalar