

Yol-nəqliyyat hadisələri üzrə koordinator vəzifəsi üzrə işçi
Baku Bus
Ə/h razılaşma ilə
802
Tam iş günü
Gəncə,
Azərbaycan
04.07.2025 23:24
-
04.08.2025 12:00
İş haqqında məlumat
- Müəssisənin istismarında olan avtobusların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin operativ və obyektiv araşdırılmasını təmin etmək;
- Baş verən yol-nəqliyyat hadisələrinin ümumi təhlilini aparmaq və səbəblərini müəyyənləşdirmək;
- Hadisələrdə iştirak edən sürücülərin məsuliyyət dərəcəsini qiymətləndirmək və müvafiq qərarların qəbul olunmasında iştirak etmək;
- Baş verən yol-nəqliyyat hadisələrinin araşdırılması məqsədi ilə sürücülərdən müvafiq izahatlar almaq və hadisə ilə bağlı əsaslandırılmış rəy hazırlamaq;
- Zəruri hallarda yol-nəqliyyat hadisələrinin araşdırılması istiqamətində hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmək;
- Yol-nəqliyyat hadisələri üzrə ümumiləşdirilmiş aylıq və illik hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmək;
- İs yeri: Gəncə şəhəri;
- İş vaxtı: 09.00-18.00;
- Peşəkar,mehriban komandada iş;
- Karyera yüksəlişi üçün perspektiv;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə.
Tələblər
- Ali təhsil (Hüquq, Yol hərəkətinin təşkili və.s) ;
- Müvafiq sahə üzrə 3 il staj;
- İstintaq, təhqiqat və Dövlət Yol Polisi orqanlarında inzibati vəzifələrdə iş təcrübəsinə malik namizədlərə üstünlük verilir;
- Yol Hərəkəti qaydaları üzrə müvafiq biliklərə sahib olmaq;
- MS Office proqramları ilə sərbəst işləmək bacarığı;
- Azərbaycan dilini sərbəst (xarici dil biliyi arzuolunandır) ;
- Stressə davamlı, gərgin iş rejimində işləməyi bacarmalı;
- Dəqiqlik, dürüstlük, analiz və təhlilemtə bacarığı;
- İşçilərlə nəzakətli ünsiyyət;
- İş rejiminə və prosedurlarına riayət;
- Təşəbbüskarlıq və komandada işləmə bacarığı.