Bakı Metropoliteni

Yol təsərrüfatı mühəndisi üzrə təcrübə proqramı

Bakı Metropoliteni
Ə/h razılaşma ilə
975
Təcrübə
Bakı, Azərbaycan
21.08.2025 05:28 - 21.09.2025 12:00

İş haqqında məlumat

Bakı Metropoliteni yol təsərrüfatı mühəndisi vəzifəsi üzrə təcrübə proqramı elan edir!

Metropolitenin yol infrastrukturunun planlaşdırılması, qurulması və istismarı sahəsində biliklərinizi artırmaq, həmçinin real iş şəraitində təcrübə qazanmaq istəyən bütün namizədləri təcrübə proqramımıza qoşulmağa dəvət edirik!

Proqram sizə nə qazandıracaq?

  • 3 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim;
  • Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi;
  • Təcrübə dövründə aylıq əməkhaqqı;
  • Təcrübənin sonunda davamlı işə qəbul imkanı.

Metropoliten sizə nə vəd edir?

  • Nahar (güzəştli);
  • Metropolitendən ödənişsiz istifadə.

Müraciət üçün Bakı Metropoliteninin [email protected] e-mail ünvanına "Yol təsərrüfatı mühəndisi" başlığını qeyd etməklə CV göndərə bilərsiniz.

  • Müraciət üçün son tarix: 31 avqust 2025

Tələblər

  • Cinsindən asılı olmayaraq, yaşı 22-30 arası olan gənclər;
  • Təhsili nəqliyyat mühəndisliyi və dəmiryolu təsərrüfatı üzrə olan məzunlar.

Seçim prosesi necə aparılır?

  • İxtisas üzrə test imtahanı;
  • Müsahibə;
  • Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər.


Oxşar vakansiyalar