Karabakh Group

Yol və infrostruktur mühəndisi

Karabakh Group
Ə/h razılaşma ilə
1007
Tam iş günü
Zəngilan, Azərbaycan
25.08.2025 04:22 - 25.09.2025 12:00

İş haqqında məlumat

  • Yol və infrastruktur layihələrinin hazırlanması, tikinti-quraşdırma və bərpa işlərinin layihəyə və normativ sənədlərə uyğun icrasını təmin etmək;
  • Layihələrin hazırlıq mərhələsində müayinə, mühəndis-axtarış, planlaşdırma və icra üsullarının hazırlanmasında iştirak etmək;
  • Yol örtüyü, drenaj, kommunikasiya xətləri və digər infrastruktur elementlərinin layihələndirilməsi və icrasına nəzarət etmək;
  • Tikinti işlərinin başlanması üçün tələb olunan sənədlərin tamlığını və düzgünlüyünü yoxlamaq, lazım gəldikdə düzəlişlər üzrə müraciət etmək və nəzarətdə saxlamaq;
  • Sahə mühəndislərinə və ixtisaslaşmış mütəxəssislərə rəhbərlik etmək, icra prosesini əlaqələndirmək və vaxt cədvəlinə nəzarət etmək;
  • Podratçı təşkilatların fəaliyyətini əlaqələndirmək və görülmüş işlərin qəbulunu həyata keçirmək;
  • Layihə üzrə texniki sənədlərin, smeta və hesabatların hazırlanmasını təmin etmək;
  • Tikinti və infrastruktur işlərinin texniki, keyfiyyət və təhlükəsizlik standartlarına uyğun həyata keçirilməsini təmin etmək;
  • İstifadə olunan materialların və avadanlıqların təsdiqlənmiş layihə-smeta sənədlərinə, normativ və texniki tələblərə uyğunluğunu yoxlamaq;
  • Layihələrin mərhələlər üzrə vaxtında və keyfiyyətlə icra edilməsinə nəzarət etmək;
  • Aşkarlanan qüsurların aradan qaldırılmasını təmin etmək və preventiv tədbirlər görmək;
  • Bitmiş obyektlərin sifarişçiyə təhvil verilməsində iştirak etmək;
  • Rəhbərliyə layihələrin gedişatı barədə hesabatlar təqdim etmək;
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işləri icra etmək.

İş şəraiti

  • Rəsmi əmək müqaviləsi;
  • Peşəkar və dinamik mühitdə işləmək imkanı;
  • Əmək haqqı: [Müsahibə əsasında müəyyən ediləcək;
  • İş yeri – Zəngilan rayonu.

Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.

Tələblər

  • Ali təhsil: Yol mühəndisliyi, İnfrastruktur mühəndisliyi və ya əlaqəli ixtisaslar üzrə;
  • İş təcrübəsi: Yol və infrastruktur layihələrinin idarə olunması sahəsində azı 5-7 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yaxşı səviyyədə, Rus dili – arzuolunandır;
  • Yol tikintisi, infrastruktur layihələri və müvafiq normativ sənədlər sahəsində biliklər;
  • Proqram bacarıqları: MS Office, AutoCAD, Civil 3D və digər mühəndislik proqramları;
  • Yüksək səviyyədə ünsiyyət, layihə idarəetmə və komanda ilə işləmə bacarıqları;
  • Məsuliyyətlilik, təşəbbüskarlıq və layihələrin vaxtında, keyfiyyətli icrasına nəzarət bacarığı.