Bakı,
Azərbaycan
24.06.2025 10:33
-
24.07.2025 12:00
İş haqqında məlumat
- Yoqa təcrübələrini iştirakçıların müalicə məqsədləri ilə uyğunlaşdırmaq üçün həkimlər, fizioterapevtlər və digər sağlamlıq mütəxəssisləri ilə əməkdaşlıq etmək;
- Qrup dərsləri və lazım gələrsə, göstəriş əsasında, Yenee proyektinin həkim -koordinatiru ilə razılaşdırılmaqla, fərdi seanslar keçirmək; diqqət, hərəkətlilik, nəfəs məşqləri (pranayama) və bərpaedici təcrübələrə fokuslanmaq;
- Yoqanın fiziki və zehni sağlamlığa faydaları haqqında iştirakçıları maarifləndirmək;
- İştirakçıların sağlamlıq vəziyyətlərini izləmək və təlimləri uyğunlaşdırmaq;
- Zərurət olduqda sağlamlıq seminarları, təlimlər və maarifləndirici tədbirlərdə iştirak etmək;
- Sakit, dəstəkləyici və peşəkar bir mühitin təmin olunmasına töhfə vermək.
Tələblər
- Akkreditə olunmuş universitetdən və ya alternativ təhsil müəssisəsindən Yoqa instruktoru və ya məşqçisi sahəsi üzrə təhsil;
- Minimum 2 il yoqa tədrisi təcrübəsi; klinik, terapevtik və ya sağlamlıq mərkəzi mühitində təcrübə üstünlükdür;
- Anatomiya, fiziologiya və ümumi tibbi vəziyyətlər (məsələn: xroniki ağrılar, əməliyyatdan sonra bərpa, anksiyete, ürək-damar xəstəlikləri) haqqında bilik;
- Güclü ünsiyyət, empatiya və insanlarla işləmək bacarığı;
- Müxtəlif sahələr üzrə sağlamlıq komandası ilə əməkdaşlıq edə bilmək;
- Yoqa terapiyası, travma-yönümlü yoqa və ya inteqrativ sağlamlıq sahəsində əlavə təhsil və ya sertifikat;
- Meditasiya, Ayurveda və ya nəfəs texnikaları kimi digər holistik yanaşmalar haqqında bilik;
- Müxtəlif yaş qrupları və əhali ilə işləmək təcrübəsi.