Baku Tv

Youtube üzrə mütəxəssis

Baku Tv
Ə/h razılaşma ilə
335
Tam iş günü
Bakı, Azərbaycan
14/10/2026 - 28/10/2026

İş haqqında məlumat

"Baku TV" Youtube üzrə mütəxəssis vakansiyası elan edir. 

Öhdəliklər:

  • Videoların YouTube kanallarına operativ yüklənməsi, yayımlanması və yayım cədvəlinin idarə edilməsi;
  • Materiallara uyğun diqqətçəkən və məzmunu düzgün əks etdirən başlıqların, açıqlamaların, teqlərin və həşteqlərin hazırlanması;
  • Video üzlüklərinin (thumbnail) hazırlanması üçün dizaynerə tapşırıqların verilməsi və nəticənin yoxlanılması;
  • YouTube Shorts üçün uyğun materialların seçilməsi və müntəzəm paylaşılması;
  • Pleylistlərin yaradılması və yenilənməsi, videolara son ekranların və məlumat kartlarının əlavə edilməsi;
  • YouTube Analytics vasitəsilə baxış, kliklənmə faizi (CTR), izləmə müddəti və auditoriyanın saxlanılması göstəricilərinin təhlili;
  • Kanalın böyüməsi və kontentin nəticələrinin yaxşılaşdırılması üçün təkliflərin hazırlanması;
  • Müəllif hüquqları bildirişlərinin, platforma xəbərdarlıqlarının və monetizasiya statusunun izlənilməsi, problemlər barədə rəhbərliyin məlumatlandırılması;
  • Redaksiya, montaj, dizayn və SMM komandaları ilə koordinasiyalı işin təşkili.

Tələblər

  • Youtube kanallarının idarə olunması üzrə praktiki təcrübə;
  • Youtube Studio və YouTube Analytics ilə işləmək bacarığı;
  • Azərbaycan dilində düzgün və səlis yazı bacarığı;
  • Xəbər gündəmini izləmək, operativ işləmək və materialları düzgün prioritetləşdirmək bacarığı;
  • YouTube-un müəllif hüquqları və icma qaydaları haqqında biliklər;
  • Məsuliyyətlilik, detallara diqqət və komanda ilə işləmək bacarığı;
  • YouTube SEO-su və açar söz araşdırması üzrə biliklər üstünlükdür.