Bakı Oksigen Kompani ASC

Yük və Xüsusi Təyinatlı Maşınların Sürücüsü

Bakı Oksigen Kompani ASC
600 - 700 ₼
3039
Tam iş günü
Bakı, Azərbaycan
17.09.2025 04:37 - 17.10.2025 12:00

İş haqqında məlumat

  • Şöbənin təqdim etdiyi sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək;
  • Avtonəqliyyat vasitəsinin təmir və profilaktik işlərinin aparılması ilə bilavasitə məşğul olmaq;
  • Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını  təmin etmək;
  • Avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin  etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
  • Əsaslı və/və ya cari təmirdən/profilaktik işlərdən çıxmış avtonəqliyyat vasitəsinin qəbulunda bilavasitə iştirak etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün ehtiyat hissələrinin alınmasına sifarişlər, təmir işləri ilə əlaqədar texniki sənədləri, iş haqqında hesabatlar tərtib etmək; avtonəqliyyat vasitəsinin zəruri ehtiyat hissələri ilə vaxtında təmin olunmasına nail olmaq;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin  sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün vaxtında Şirkətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları əldə etmək və təhvil vermək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin spidometrinin göstəricilərini müntəzəm olaraq yoxlamaq və qeyd etmək, bu göstəricilərin  verilmiş yol vərəqəsinə və yanacaq-sürtkü materiallarının sərfinə uyğunluğunu təmin etmək;
  • Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək.

 İş qrafiki:

  • Həftədə 5 gün, gündə 8 saat 08-00-dan 17:00-dək, Şənbə və Bazar günləri2 gün istirahət.

Maaş aralığı: 

  • 600-700 AZN (əmək haqqı müsahibənin nəticələrinə əsasən müəyyən edilir).

E-poçt ünvanı: 

Tələblər

  •  Yaş: 20-45;
  • Təhsil: peşə təhsili və ya orta texniki təhsil;
  • İş təcrübəsi: Ən azı 2 il sürücülük təcrübəsi olanlara üstünlük verilir.


Oxşar vakansiyalar