AzerGold CJSC

Yükqaldırma mühəndisi

AzerGold CJSC
Ə/h razılaşma ilə
2278
Tam iş günü
Daşkəsən, Azərbaycan
17.10.2025 10:42 - 17.11.2025 12:00

İş haqqında məlumat

  • Bütün yükqaldırma əməliyyatları üçün yükqaldırma planlarını hazırlamaq və risklərin qiymətləndirilməsini həyata keçirmək;
  • Sahədə həyata keçirilən bütün yükqaldırma əməliyyatları üçün cavabdehlik daşımaq;
  • Sahə üzrə bütün ümumi və spesifik yükqaldırma planlarının, həmçinin risklərin qiymətləndirilməsi sənədlərinin hazırlanmasını təmin etmək, onların qeydiyyatını aparmaq, müvafiq yeniləmələri izləmək və bütün dəyişiklikləri müvafiq jurnalda dəqiq, ardıcıl və izlənilə bilən şəkildə sənədləşdirmək;
  • Kranların və yüktutucu vasitələrin "LOLER" (Lifting Operations and Lifting Equipment Regulations) standartlarına uyğun yoxlanması;
  • Stasionar qaldırıcı sistemlərin (kranlar, elektrikli qaldırıcılar) texniki müayinəsini və bərpasını təşkil etmək;
  • Bütün yükqaldırma əməliyyatları zamanı İcraçı məsul şəxs kimi fəaliyyət göstərməli və cavabdehlik daşımalıdır;
  • Yüktutucu avadanlıqların invertarına nəzarət etmək və sifarişində iştirak etmək;
  • Şirkətin təhlükəsizlik prosedurlarına (SƏTƏM) riayət etmək;
  • İşçilərə ilk yardım və təxliyyə təlimatları vermək.

Tələblər

  • Microsoft Office proqramları üzrə işləmək bacarığı;
  • Fərdi mühafizə vasitələrindən düzgün istifadə etmək bacarığı;
  • Məsuliyyətlilik, əməkdaşlıq, çeviklik, məqsədyönlülük, operativlik;
  • Yük hesablamaları, ağırlıq mərkəzinin müəyyən edilməsi, qaldırma nöqtələrinin seçilməsi və qaldırma-ötürmə sxemlərinin hazırlanması üzrə dərin nəzəri və praktiki biliklərə malik olmaq;
  • Yükqaldırma əməliyyatları üzrə Məsul şəxs( Appointed Person Lifting Operaitons) sertifikatı olmalıdır;
  • LOLER (Lifting Operations and Lifting Equipment Regulations), 2PUWER (Provision and Use of Work Equipment Regulations),ISO 45001: 
  • Təhlükəsizlik və Sağlamlıq;
  • İdarəetmə Sistemi və s.sertifikatlardan birinin olması arzuolunandır.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Mühəndislik ixtisasları üzrə ali təhsil;
  • Müvafiq və uyğun sahə üzrə 1 il iş təcrübəsi.