Bakı,
Azərbaycan
17/12/2025
-
31/12/2025
İş haqqında məlumat
- CCTV, yangın siqnalizasiya sistemi, girişə nəzarət, siqnalizasiya, domofon, internet və telefon şəbəkələri üzrə montaj, sazlama və texniki xidmət işlərini icra etmək
- Layihə üzrə zəif axın sistemlərinin sxemlərinin və iş planlarının hazırlanması və oxunması
- Müvafiq sistemlərin proqramlaşdırılması və inteqrasiyasını həyata keçirmək (məsələn, CCTV + girişə nəzarət sistemi)
- Obyektdə quraşdırılmış avadanlıqların düzgün işləməsinə nəzarət etmək və sınaqdan keçirmək
- Texniki sənədlərin (çertyoj, sxem, hesabat və s.) hazırlanması və arxivləşdirilməsi
- Digər şöbələrlə və podratçılarla koordinasiyalı işləmək
İş şəraiti
- 5 günlük iş rejimi, 9.00-18.00 arası
- Şirkət tərəfindən nahar yeməyi təmin olunur
- Əmək haqqı danışıq yolu ilə 800 - 1000 Azn arası (namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunur).
- Göstərilən nəticələrə uyğun olaraq əməkhaqqının artırılması mümkündür.
Tələblər
- Elektronika, elektrotexnika və ya müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili
- Zəif axın sistemləri üzrə ən azı 2 illik təcrübə
- Texniki çertyoj və sxemləri oxuma bacarığı
- Komandada işləmək və texniki problem həll etmə bacarığı
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində Zəif axin işləri üzrə layihəçi mühəndis qeyd etməklə göndərə bilərlər.