
İş haqqında
Namizədə olan tələblər:
Ali təhsil səviyyəsi;
Avtomobil sahəsində, xüsusilə servis xidməti və zəmanət əməliyyatları üzrə iş təcrübəsi;
Avtomobillərin texniki quruluşu və əsas sistemləri barədə ilkin biliklər;
Zəmanət siyasəti, tətbiq olunan şərtlər və istehsalçı qaydaları ilə işləmək bacarığı;
Servis proqramları, CRM/DMS sistemlərindən istifadə təcrübəsi;
Azərbaycan dilində sərbəst, ingilis dilində yüksək səviyyədə ünsiyyət bacarığı;
MS Office proqramları, xüsusilə Excel üzrə bilik və praktiki bacarıqlar.
Vəzifə öhdəlikləri:
Avtomobillərlə bağlı daxil olan zəmanət sorğularını qəbul etmək, nəzərdən keçirmək və prosesə nəzarət etmək;
Servis şöbəsi tərəfindən təqdim edilən zəmanət əməliyyatlarının istehsalçı və diler tərəfindən müəyyən edilmiş şərtlərə uyğunluğunu qiymətləndirmək;
Zəmanət əməliyyatları və ehtiyat hissələrinin kodlaşdırılmasının düzgün aparılmasını təmin etmək;
Zəmanət sorğuları üçün tələb olunan sənədləri, foto və video görüntüləri, eləcə də texniki məlumatları əldə etmək;
Zəmanət tələblərini müəyyən olunmuş müddətlərdə istehsalçıya və ya distribütora göndərmək;
İstehsalçı tərəfindən təsdiqlənən, qəbul edilməyən və ya əlavə məlumat tələb olunan müraciətlərin icra vəziyyətini izləmək;
Qəbul edilməyən zəmanət müraciətlərinin səbəblərini təhlil etmək və zərurət yarandıqda təkrar baxılması üçün əsaslandırılmış sorğular hazırlamaq;
Zəmanət əsasında dəyişdirilən ehtiyat hissələrinin qeydiyyatını və müvafiq qaydada saxlanılmasını təşkil etmək;
Zəmanət əməliyyatları üzrə kompensasiya və ödənişlərin istehsalçı tərəfindən qarşılanması prosesini izləmək;
Zəmanət xərcləri və geri ödənişlərlə bağlı dövri hesabatlar tərtib etmək;
Zəmanət müraciətlərinin cari vəziyyəti barədə məlumatları CRM/DMS sistemində mütəmadi yeniləmək;
Servis, ehtiyat hissələri, texniki heyət və satış şöbəsi arasında işgüzar əlaqələndirməni təmin etmək;
Müntəzəm təkrarlanan texniki nasazlıqları təhlil edərək nəticələr barədə rəhbərliyə məlumat vermək;
İstehsalçı tərəfindən yenilənən zəmanət şərtlərini, texniki bildirişləri və iş prosedurlarını izləyərək servis əməkdaşlarını məlumatlandırmaq;
Zəmanət müddəti qüvvədə olan avtomobillərlə əlaqədar müştəri müraciətlərinin müvafiq qaydada yönləndirilməsinə nəzarət etmək;
Zəmanət prosesləri üzrə mövcud daxili qaydaların təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamaq.
İş şərtlərimiz:
İş yeri: Üzeyir Hacıbəyli küçəsi 157C.
