Bakı,
Azərbaycan
23/01/2026
-
06/02/2026
İş haqqında məlumat
- Zəmanət müraciətlərinin qəbul edilməsi, yoxlanılması və şirkət prosedurlarına uyğun təsdiqlənməsi
- Avtomobil və ehtiyat hissələri üzrə zəmanət şərtlərinin təhlili və düzgün tətbiqi
- Zəmanət iddialarının sənədləşdirilməsi və sistemə daxil edilməsi
- Qüsurların texniki diaqnostikası və səbəblərin müəyyən edilməsi
- Servis mərkəzləri ilə əlaqə saxlayaraq diaqnostika və təmir proseslərinin koordinasiyası
- İstehsalçı ilə zəmanət iddialarının razılaşdırılması
- Zəmanət siyasətində olan yeniliklərin tətbiqi və servis komandalarına ötürülməsi
- Zəmanət üzrə mübahisəli halların araşdırılması və həlli
- Aylıq və illik hesabatların hazırlanması, zəmanət statistikalarının analizi
- Müştəri müraciətlərinin qəbul edilməsi və operativ şəkildə cavablandırılması
- Zəmanət xidmətinin keyfiyyətinin artırılması üçün təkliflər verilməsi
İş Şəraiti
- 6 günlük iş qrafiki
- Ünvan Bakı şəhəri Nərimanov rayonu
- Paşa könüllü tibbi sığorta ilə təmin olunma
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Tələblər
- Ali təhsil (Texniki və ya mühəndislik sahəsi üstünlükdür)
- Avtomobil və ya servis sahəsində 3 ildən artıq iş təcrübəsi
- Zəmanət və servis prosesləri üzrə biliklər
- Avtomobil quruluşu, texniki diaqnostika və ehtiyat hissələri haqqında geniş məlumat
- MS Office proqramlarında sərbəst işləmə bacarığı
- Güclü analitik düşüncə və problem həll etmə qabiliyyəti
- Dəqiqlik, məsuliyyət və operativlik
- Komanda ilə işləmək və servis mərkəzləri ilə düzgün kommunikasiyanı təmin etmək bacarığı
- Azərbaycan dilində səlis, rus və ingilis dillərini bilmək üstünlükdür
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.