Bakı,
Azərbaycan
29.08.2025 03:24
-
29.09.2025 12:00
İş haqqında məlumat
- Müəyyən edilmiş iş təlimatına uyğun olaraq və intizam təlimatlarında göstərilən məqsəd ücün nəzərdə tutulmuş vasitələrdən (standartlar, məlumat vərəqləri, komputer proqramları və s.) istifadə etməklə mühəndislik işlərinin koordinasiyası;
- Bütün tələb olunan məlumatları toplamaq üçün başqa disiplinlərlə əlaqə saxlamaq;
- Podratçı tərəfindən hazırlanmış Texnoloji sxemlər, Avadanlıq qeydiyyatı, boru xətləri qeydiyyatı və s. “ümumi layihə” tipli sənədlərə cavabdehlik;
- Podratçılar, İstehsalçılar və digər tərəflərlə Texniki İclaslarda Sifarişçi nümayəndəsi kimi iştirak etmək və müvafiq qərar vermədə iştirak etmək;
- Təhkim edildiyi layihə(lər) üzrə cavabdeh şəxs kimi texniki sorğuların cavablandırılmasında koordinator və rəsmi məktublaşma qeydiyyatçısı kimi iştirak etmə;
- Elektron və rəsmi məktublara cavabların hazırlanması;
- Layihə işlər həcmi hazırlanma, mühəndislik sənədlərinin və spesifikasıyalarının siyahısı tərtib etmə;
- İstehsalçı və ya podratçıların təkliflərinin araşdırılması, uyğunluq üzrə qiymətləndirilməsi və müvafiq rəyin verilməsi;
- Podratçı təşkilatlarla toplantıların keçirilməsi, toplantı sonunda protokol hazırlanması, protokola düzəlişlər və rəylərin verilməsi, imzalanması və toplantıda müəyyən olunmuş addımların tələb olunan zaman intervalında yerinə yetirilməsi üzrə nəzarət;
- Şirkətin keyfiyyət təminatı/keyfiyyətə nəzarət siyasəti və prosedurlarına və iş yerində HSEE-yə uyğunluq.
Müraciət etmək üçün: [email protected]
Tələblər
- Mühəndislik üzrə bakalavr dərəcəsi;
- Texniki və işgüzar kontekstlərdə Azərbaycan və İngilis dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları;
- Komanda ilə əməkdaşlıq etmə və dəyişən layihə mühitlərinə tez uyğunlaşma qabiliyyəti;
- Layihənin iş həcminin, mühəndislik sənədlərinin və spesifikasiyaların siyahısının tərtib olunması bacarığı;
- Rəsmi məktub və protokolların hazırlanması və qeydiyyatının aparılması bacarığı.