Sumqayıt,
Azərbaycan
03.09.2025 05:31
-
03.10.2025 12:00
İş haqqında məlumat
- SƏTƏMM qaydalarına riayət etmək, əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə uyğun işləmək, uyğunsuzluqları aşkar etdikdə tədbir görmək və aidiyyəti şəxslərə məlumat vermək;
- Növbə təhvil-təslimini prosedura uyğun aparmaq, növbə jurnalındakı qeydlərlə tanış olmaq və imzalamaq, sahəni təhvil vermədən iş yerini tərk etməmək;
- İş sahəsinə və avadanlıqlara daimi nəzarət etmək, texnoloji proseslərin təlimatlara uyğun icrasını təmin etmək;
- Sahədəki aparat və avadanlıqları təmirə hazırlamaq, təmirdən sonra işə salmaq və texnoloji sxemi bərpa etmək;
- Bölmənin avadanlıq və alətlərini mütəmadi yoxlamaq, sahə nəzarət formalarını düzgün doldurmaq və arxivləmək;
- İş sahəsində istifadə olunan kimyəvi maddələrin, reagent və aşqarların düzgün istifadəsinə nəzarət etmək;
- Təmir işlərinin icrasına aid prosedurlar və icazə sənədlərinə uyğun nəzarət aparmaq;
- Çənlərdə məhsul səviyyəsini ölçmək, lazım gəldikdə bu prosesi rəhbərliyin göstərişi ilə təkrar etmək;
- Sahədəki yanğın və kimyəvi təhlükəsizlik avadanlıqlarının sazlığına nəzarət etmək;
- MTMV (Maddənin Təhlükəsizlik Məlumat Vərəqi) üzrə məlumatlı olmaq və tətbiq etmək;
- Katalizatorların qəbul, daşınma və yüklənməsində iştirak etmək; zəruri təlimlərdə fəal olmaq;
- Texnoloji rejimlərə və ölçü cihazlarının göstəricilərinə uyğun proseslərə nəzarət etmək, proseslərin sabitliyini təmin etmək;
- Karbamid istehsalı prosesinə (CO₂-nin təmizlənməsi, ammonyakın yönləndirilməsi, ərinti və dənəvərləşdirmə) nəzarət etmək;
- Filtrlərin və kimyəvi maddələrin təmizlənməsi, yüklənməsi və boşaldılması proseslərini icra etmək;
- Avadanlıqlardakı nasazlıqlar barədə jurnal qeydləri aparmaq, texniki xidmət və təmir işlərində iştirak etmək;
Tələblər
- Ali, orta və ya peşə-ixtisas təhsili;
- Standart Əməliyyat Prosedurlarının tətbiqinə dair texniki biliklər;
- Texniki sənədlərin oxunması və tətbiqi (texnoloji sxem, diaqramlar və s.);
- Qəza vəziyyətlərində düzgün və sürətli müdaxilə bacarığı;
- Avadanlıqlar üzrə texniki biliklər və istismar qaydaları;
- Texnoloji rejim və proseslərin idarə olunması prinsiplərini bilmək;
- Nəzarət-ölçü cihazlarının quruluşu və iş prinsiplərini bilmək;
- Fiziki-kimyəvi xassələr, analiz və nümunə götürmə metodikalarını bilmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarını bilmək;
- Daxili intizam və sanitariya-gigiyena qaydalarına əməl etmək;
- MS Office proqramlarında işləmək bacarığı (Word, Excel);
- Analitik düşünmə qabiliyyəti;
- Etik davranış və komandada işləmək bacarığı;
- Problemləri həll etmək və məsuliyyət götürmək bacarığı.