Akabe

Aparıcı Mühasib

1200 - 1500 ₼
3112
Tam iş günü
Bakı, Azərbaycan
11.04.25 - 11.05.25

İş haqqında məlumat

  • 1C proqramında mühasibat uçotunun avtomatlaşdırılmasının tətbiqi;
  • Qaimə-fakturanın tərtib olunması, göndərilməsi və satılmış malların reyestrinin təşkili; 
  • Gündəlik qaimə və qəbzlərin işlənməsi və mühasibat proqramına köçürülməsi;
  • Şirkətin mühasibatlığa aid tələb edilən sənədlərinin hazırlanıb, işlənməsi;
  • Ödəniş üçün daxil olan sənədlərin yoxlanması, işlənilməsi və arxivləşdirilməsi;
  • İnventarlaşdırmada iştirak edilməsi;
  • Alış və satış (nomenklatura üzrə), bank, kassa, əməkhaqqı hesablanması əməliyyatlarının 1C Mühasibat proqramına daxil etməsi;
  • Hesabat üçün məlumatların hazırlaması, mühasibat sənədlərinin qorunmasına nəzarətin edilməsi;
  • Gündəlik və aylıq hesabatların tərtib edilərək müvafiq Dövlət qurumlarına vaxtında təqdim edilməsi;
  • Debitor və kreditor borclara nəzarət, mühasibat uçotu hesablarında düzgün əks etdirilməsinin təmin edilməsi;
  • Müştəri borcları ilə bağlı lazımi analizlərin edilməsi;
  • Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotunda əks olunmasını təmin edilməsi;
  • Maliyyə rəhbəri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
  • Pul vəsaitlərinin hərəkəti hesabatların təqdim edilməsi;
  • Tapşırıqların operativ icra edilməsi;
  • İş qrafiki: 5 günlük;
  • Ünvan: Binəqədi şossesi 12;
  • Müsbət iş mühiti;
  • Korporativ nömrə verilir.

Tələblər

  • Maliyyə və mühasibatlıq 3-5 ildən az olmayaraq iş təcrübəsinə malik olmaq;
  • Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat);
  • Microsoft Office proqramlarında (xüsusi ilə MS Excel) yüksək səviyyədə işləmə bacarığına malik olmaq;
  • 1C Proqramında işləmə təcrübəsi mütləqdir;
  • Yüksək analitik, idarəetmə və ünsiyyət bacarıqlarına malik olmaq;
  • Yüksək korporativ ünsiyyət, komanda ilə işləmək və komanda quruculuğu bacarığına malik olmaq;
  • Azərbaycan dili səlis;
  • Məsuliyyət.

Oxşar vakansiyalar