Bakı,
Azərbaycan
14.04.25
-
14.05.25
İş haqqında məlumat
- Anbarlara malların hərəkətinə nəzarət olunması, açılan Sifarişlərin təqib olunması;
- 1C proqramında “Anbar” bölümünə aid bütün işlərin gündəlik yerinə yetirilməsi (yerdəyişmələr, inventarların uçotu, malların silinməsi, əsas vəsaitin uçotu, maya dəyərinin hesablanması və s.);
- Hesab və elektron qaimə-fakturalarının yoxlanılması
- Smetalarla işləmək, Forma 2`lərin tərtibində yaxından köməklik etmək, smeta (BOQ) üzrə materialların həcmindən nəzərdə tutulandan artıq və ya əskik istifadəsinə nəzarət və kənarlaşmaların aktlaşdırılması;
- Layihələr üzrə daxili anbar hesabatlarının verilməsi (aylıq, illik);
- Ay sonu anbarlar üzrə inventarizasiyaların təşkili, aparılması və aktlaşdırılması;
- Lazım gəldikdə şirkətin rayonda olan layihələrinə ezam olunmaq, yerlərdəki anbarların sənədləşməsinə dəstək vermək;
- Baş mühasibin verdiyi tapşırıqları yerinə yetirmək;
- 6 günlük iş rejimi, bazar günü istirahət;
- İş qrafki: saat 09:00-dan 17:00-na kimi ( Şənbə: 09:00 – 15:00 );
- Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin ediləcək;
- Azərbaycan Respublikası ƏM-nin qanunvericiliyinə əsasən sənədləşmə.
Tələblər
- Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi (əsasən tikinti sektorunda (MEP) təcrübəsi olanlara üstünlük veriləcək);
- Microsoft Excel, Microsoft Word, 1C 8.3 proqramlarında sərbəst işləmək bacarığı;
- Konfidensiallığı qoruyub saxlamaq bacarığı
- Azərbaycan dili biliyi (Rus dili biliyi üstünlükdür);
- Komanda ilə işləmə bacarığı;
- Gərgin iş tempinə uyğunlaşa bilən;
- Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı.