STP Metal Structures

Boya və Qumlama üzrə Müfəttiş

STP Metal Structures
Ə/h razılaşma ilə
787
Tam iş günü
Sumqayıt, Azərbaycan
22.07.2025 00:00 - 22.08.2025 00:00

İş haqqında məlumat

  • Layihə cizgilərini və detallı dizayn rəsmlərini nəzərdən keçirmək;
  • Səth sahələrinin ölçülərini hesablayaraq boya və qum sərfiyyatını müəyyənləşdirmək;
  • Boya spesifikasiyalarını analiz etmək və tətbiqinə nəzarət etmək;
  • İnspeksiya və Test Planına (ITP) uyğun boya prosedurunun tətbiqini təmin etmək;
  • Boya anbarında gündəlik yoxlamalar və qeydiyyat aparmaq;
  • Qumlama öncəsi və sonrası səth yoxlamaları, toz testi və səth kələ-kötürlüyünün ölçülməsi;
  • Boyama zamanı ətraf mühitin şəraitini ölçmək və prosesə nəzarət etmək;
  • Yaş və quru film qalınlığının ölçülməsi və vizual yoxlamaların aparılması;
  • Gördüyü işlər üzrə texniki hesabatların hazırlanması və təqdim edilməsi;
  • Təhkim olunmuş ölçü və yoxlama cihazlarının saz vəziyyətdə olmasına nəzarət;
  • Əməyin mühafizəsi, təhlükəsizlik və keyfiyyət standartlarına uyğun fəaliyyət göstərmək.

Tələblər

  • Ali texniki təhsil;
  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
  • Aşağıdakı beynəlxalq sertifikatlardan biri:
  • NACE Level 2 Coating Inspector;
  • BGAS-CSWIP Painting Inspector Grade 2;
  • ISO 9001 və digər keyfiyyət idarəetmə sistemləri barədə biliklər;
  • Əmək mühafizəsi və təhlükəsizlik texnikası üzrə biliklər;
  • Rəsmi hesabatların hazırlanması bacarığı;
  • Texniki rəsmlərlə işləmək və texniki normativləri anlama bacarığı;
  • Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;
  • Dəqiqlik, detallara fikir vermə qabiliyyəti;
  • 5 günlük iş qrafiki;
  • İş yeri: Sumqayıt şəhəri;
  • Könüllü tibbi sığorta təminatı;
  • Korporativ nömrə;
  • Nahar şirkət tərəfindən verilir;
  • Nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək.


 



Oxşar vakansiyalar