İstisu mineral su zavodu
Ə/h razılaşma ilə
746
Tam iş günü
Bakı, Azərbaycan
22.07.2025 16:48 - 22.08.2025 12:00

İş haqqında məlumat

  • Laboratoriya testlərini müəyyən edilmiş proseduralara əsasən vaxtında və keyfiyyətlə həyata keçirməli;
  • Testlərin icrası zamanı müşahidələri, nəticələri müəyyən edilmiş qayda ilə səliqəli şəkildə qeyd etməli;
  • Avadanlıqların istifadəsi zamanı onları yoxlamaq, kalibrə etmək, avadanlıqların dövri qulluq qaydalarına riayət etmək, bu zaman yaranan qeydləri qayda ilə səliqəli şəkildə, tam dolğun aparmaq;
  • İş prosesi ərzində yaranan istənilən uyğunsuzluq barəsində birbaşa laboratoriya müdirinə məlumat vermək;
  • Nümunələrin götürülməsi və laboratoriyaya çatdırılması;
  • Test proseduruna uyğun olaraq laboratoriya ləvazimatlarının, qablarının hazırlanması (yuyulması və s.);
  • Avadanlıqların sanitar vəziyyətinin yoxlanması və mikrobioloji analizlərin olunması;
  • Su və digər məhsulların mikrobioloji analizlərinin aparılması;
  • Analiz ediləcək  məhsullarının normativ sənədlərinə və sanitariya-gigiyena tələblərinə uyğun müayinələrinin tam formada həyata keçirilib dəyərləndirilməsinin həyata keçirilməsi;
  • Mikrobioloji hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi və mikrobioloji nəticələr üzrə rəyin verilməsi;
  • Qida mühitlərinin, reaktivlərin və məhlulların hazırlanması;
  • Sənədlərin tərtib edilməsi və keyfiyyət şəhadətnaməsində mikrobioloji nəticələrin təsdiqlənməsi;
  • Mikrobioloji zərurət halı olan məhsulun analizinin həyata keçirilməsi, nümunələrin analizi üçün reaktivlərin hazırlanması, metodik materiallara uyğun olaraq, analiz, sınaq ölçmə nəticələrinin emal edilməsi, sistemləşdirilməsi, rəsmiləşdirməsi və onların hesabatının hazırlanması;
  • İş yeri Kəlbəcər rayonu İstisu qəsəbəsi.

Tələblər

  • Ali təhsil (Standartlaşdırma və sertifikasiya Qida mühəndisliyi, Kimya, Mikrobiologiya və ya bunlara uyğun ixtisaslar);
  • İSO standart tələblərini bilməli;
  • Qida sahəsində iş təcrübəsi mütləqdir;
  • Laboratoriyada aparılan analizlərə aid cihaz və avadanlıqları yaxşı səviyyədə istifadə edə bilməli;
  • Kimyəvi-bioloji analizinin keçirilməsi üzrə praktiki biliklər;
  • Sertifikatların olması üstünlükdür;
  • Bu sahədə ən azı 2-3 illik iş təcrübəsi.


Oxşar vakansiyalar