Sahil Transport MMC

Daxili logistika üzrə satış meneceri

Sahil Transport MMC
2000 ₼
2095
Tam iş günü
Bakı, Azərbaycan
04.09.2025 12:27 - 04.10.2025 12:00

İş haqqında məlumat

  • Şirkətin xidmətlərinin satışını təmin etmək
  • Bazarın aktual qiymət siyasətini təhlil etmək
  • Cari və perspektivli müştərilərlə güclü əlaqələri daim inkişaf etdirmək
  • Cari və perspektivli müştərilər üçün təkliflər təqdim etmək
  • Logistika menecerləri ilə sıx əməkdaşlıq etmək
  • Müştərilərdən daxili yük daşıma üzrə daxil olan müraciətləri cavablandırmaq;
  • Daşıma təklifi üzrə yük sahibinin suallarını cavablandırmaq, razılaşmanı təmin etmək;
  • Dövrü olaraq yük daşıması xidmətlərindən faydalanan müştəri bazasını, hərəkət marşurutlarını və daşımanın gəlirliyini qiymətləndirmək, optimallaşdırma imkanlarını müəyyən etmək;
  • Potensial və mövcud müştərilərin yük hərəkətini təhlil etmək, daşıma xidməti üzrə təkliflərlə müştəriyə çıxmaq;
  • Müştəri performansı üzrə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq.

İş Qrafiki:

  • İş günü: Bazar ertəsi-Cümə;
  • İş saatları: 09:00-18:00
  • Əmək haqqı: 2000 NET əmək haqqı + bonus.

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Daxili  yük daşıma sahəsində 3 illik iş təcrübəsi;
  • Hazır müştəri bazası üstünlükdür.
  • Dil bilikləri: Azərbaycan, Rus əla səviyyədə bilməli ( İngilis dili arzuolunandır);
  • Komputer bilikləri: Word, Excel, Power point, Outlook proqramlarını mükəmməl bilməli;
  • Peşəkarlıq tələbləri:
  • Dəqiqlik və məhsullarla düzgün işləmə bacarığı;
  • Müştərini dinləmək və inandırmaq bacarığı;
  • Təqdimat bacarığı.


Oxşar vakansiyalar