CHINAR Restoranı
Ə/h razılaşma ilə
1995
Tam iş günü
Bakı, Azərbaycan
04.09.2025 10:49 - 04.10.2025 12:00

İş haqqında məlumat

  • Qonaqları səmimiyyətlə qarşılamaq, mehriban və qonaqpərvər atmosferi təmin etmək;
  • Rezervasiyaları idarə etmək, qonaqlardan xüsusi istəklərinin olub-olmaması haqqında məlumat almaq, rezervasiyalarla bağlı restoranın xidmət və mətbəx heyətinə vaxtında məlumat bildirmək;
  • Böyük qruplar və ya xüsusi tədbirlər üçün rezervasiyaların planlaşdırılmasını və təşkilini təmin etmək,
  • Qonaqları masalara yönləndirmək, onlara menyular, xüsusi təkliflər və ya menyu dəyişiklikləri barədə məlumatlar təqdim etmək;
  • Qida və içki menyularını dəqiq bilmək, ehtiyac halında qonaqlara bununla bağlı əhatəli məlumat vermək;
  • Qonaqların qida və xidmətdən məmnunluğunu ölçmək məqsədi ilə onlarla ünsiyyət qurmaq, şikayətləri idarə etmək və problemləri vaxtında və peşəkar şəkildə həll etmək.

CV-lər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir. E-mail göndərilərkən mövzu hissəsində “Hostes” qeyd olunmalıdır.

Göndərilmiş CV-lərdə namizədlərin şəklinin olması arzuolunandır

Tələblər

  • Müvafiq sahədə 2-3 il iş təcrübəsi;
  • Əla ünsiyyət qurma və güclü təşkilatçılıq bacarığı;
  • Dinləmə mədəniyyəti, etik davranış qaydalarına sahib olmaq;
  • Komandada işləmək bacarığı;
  • Gülərüz, peşəkar görünüş və davranış nümayiş etdirmək;
  • Rus və ingilis dilini bilmək üstünlüyü.


Oxşar vakansiyalar