Quba,
Azərbaycan
09.09.2025 12:14
-
09.10.2025 12:00
İş haqqında məlumat
- Sifariş jurnalında olan məlumatları yoxlamaq və bron (öncədən sifariş) edilmiş sifarişlərin müddətini təyin etmək və zalda müvafiq dəyişikliklər etmək;
- Masaların düzülüşünə,təmizliyinə və menyuların yerində olmasına nəzarət etmək;
- Qonaqları gülərüzlə qarşılamaq və salamlamaq, onları bron edilmiş masaya yola salmaq. Əgər bron edilməyibsə, boş olan masaları təklif etmək və müştərilərə əyləşməyə köməklik göstərmək;
- Zalda olan ümumi vəziyyətə nəzarət etmək;
- Pik, bütün masaların dolu vaxtlarında ofisiant çatışmazlığı zamanlarında ofisiantlara köməklik göstərmək;
- Qonaqlar ilə və ya zalda yaranan problemləri öz səlahiyyətləri çərçivəsində həll etmək;
- Səlahiyyətləri aşan problemlər və digər hallarda öz menecerinə vaxtında dəqiq və düzgün məlumat vermək;
- Daxil olan zənglərə cavab verərək (3 zəngdən gec olmamaq şərtilə), bron jurnalında qeydlər aparmaq və hər zaman jurnalın təmiz və səliqəli olmasına diqqət etmək. Bronları dəqiq və düzgün şəkildə aparmaq;
- Menyu haqqında məlumatlı olmaq, ofisiantların zalda yerləşdirilmə pozisiyalarını bilmək;
- Masaların nömrələri və yerləşməsini bilmək;
- İşlədiyi restoranın və şirkətin imicini qorumalıdır. İşinə vicdanla və diqqətlə yanaşmalı, şirkətin maraqlarını şəxsi maraqlarından üstün tutmalıdır;
- Telefonlara standartlara uyğun cavab vermək və rezervasiyaları etmək;
- Hər hansı bir fövqəladə vəziyyətdə və ya təhlükəsizlik vəziyyətində düzgün davranışı bilmək;
- İşgüzar ünsiyyət etikası.
İş şəraiti:
- Nəqliyyat və yataqxana ilə təmin olunma;
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
- Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.
Vakansiyaya uyğun olan namizədlər CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- 2 ildən artıq iş təcrübəsi;
- Qonaqlarla ünsiyyət qurma bacarığı ;
- Gülərüz, məsuliyyətli və stress altında işləmə bacarığı ;
- Azərbaycan və Rus dillərində sərbəst danışmaq, İngilis dilini bilməsi arzu olunandır.