

İnsan resursları əməliyyatları üzrə mütəxəssis
Baku Steel Company CJSC
Ə/h razılaşma ilə
1253
Tam iş günü
Bakı,
Azərbaycan
16.07.2025 10:06
-
16.08.2025 12:00
İş haqqında məlumat
- Əmək qanunvericiliynə əsasən işə qəbul, işdən azad və vəzifə dəyişikliklərinin müvafiq sənədləşmələrini etmək və "Əmək və Məşğulluq" altsistemi (ƏMAS) üzrə əməliyyatları həyata keçirmək;
- İntizam xətaları ilə bağlı müraciətləri araşdırmaq, nəticələndirmək və qanunvericiliyə müvafiq olaraq olaraq müəyyən edilmiş qaydada rəsmiləşdirmək;
- Davamiyyət, məzuniyyət, ezamiyyət digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
- Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək;
- Müvəqqəti əmək qabiliyyətini itirmə hallarının rəsmiləşdirilməsi prosesini kordinasiya etmək;
- Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət etmək və təmin etmək;
- Əmək haqqı kartlarını sifariş etmək;
- Sorğu edilən və lazım olan arayışları hazırlamaq;
- Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək.
Tələblər
- Ali təhsil: İnsan Resursları, Menecment, İqtisadiyyat və əlaqəli sahələr;
- Minimum 3 il İR əməliyyatları sahəsində iş təcrübəsi (istehsalat sahəsində təcrübənin olması əlavə üstünlükdür);
- İR ilə bağlı beynəlxalq sertifikat(lar)ın olması üstünlükdür;
- Azərbaycan dili - səlis, ingilis dili - yaxşı (əlavə üstünlükdür), rus dili - yaxşı;
- Kommunikasiyaya açıq və komanda oyunçusu;
- Detallarla işləmə və təhliletmə;
- İntizamlı, operativ, diqqətli, səliqəli və dəqiq;
- Keyfiyyət və həll yönümlü.