STP Global Cable

İstehsalat prossesinə nəzarət üzrə mütəxəssis

STP Global Cable
Ə/h razılaşma ilə
1672
Tam iş günü
Sumqayıt, Azərbaycan
03.09.2025 03:24 - 03.10.2025 12:00

İş haqqında məlumat

  • İstehsal proseslərini optimallaşdırılmaq, maksimum səmərəliliyə və keyfiyyətə nail olmaq,  istehsal  prosesinin bütün komponentlərinin optimal şəkildə optimallaşdırılmasını təmin etmək və aksiyon almaq;
  • Zaman etüdlərini etmək və qiymətləndirmək, etüdlər nəticəsində hazırlıq zamanları, yan zamanlar və qopma  zamanlarını təyin etmək buna əsasən istehsalatda çalışan  işçilərin  iş mühitinin yaxşılaşdırmaq(REFA standartlarına uyğun);
  • Avadanlıqlarda ətraflı analizlər aparmaq, avadanlığa və işçiyə təsir edən xarici amilləri təyin etmək və qiymətləndirmək (KAİZEN);
  • Operatorların və avadanlıqların  məhsuldarlığını artırmaq, istehsalat proseslərinin planlı şəkildə irəliləməsi və görülən işi planlaşdırılmış vaxtda bitməsini təmin və tətbiq etmək;
  • Texniki pasportda göstərilən parametrlərlə(sürət,dövr,burulma addımı,diametr və s.) işləməyən avadanlıqları maksimal  optimal vəziyyətə gətirmək;  
  • SMED və KAİZEN fəlsəfələrinə və REFA standartına uyğun işçilərin avadanlıqlarda qrup və ya fərdi şəkildə işləməsini müəyyən etmək;

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Adekvat əmək haqqı; 
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə; 
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İstehsalat prossesinə nəzarət üzrə mütəxəssis” yazaraq [email protected] email ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla  göndərilməsi xahiş olunur. 

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahədə 1-3 il iş təcrübəsi;
  • Analitik düşüncəyə sahib;
  • Azərbaycan dilini sərbəst, Rus və İngilis dilini yaxşı səviyyədə bilməli;
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalıdır.


Oxşar vakansiyalar