STP Global Cable

Müfəttiş

STP Global Cable
Ə/h razılaşma ilə
1941
Tam iş günü
Sumqayıt, Azərbaycan
03.09.2025 03:38 - 03.10.2025 12:00

İş haqqında məlumat

“STP GLOBAL CABLE” MMC  Əməliyyatların idarə olunması departamenti, SƏTƏM bölməsində “Müfəttiş” vakansiyası elan edir.

Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

  • Müəssisədə sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit standartlarının tətbiqinə və icrasına nəzarət etmək; 
  • Müvafiq qanunvericilik və normativ tələblərə uyğunluğun təmin olunmasını izləmək;
  • İstehsalat və ya iş sahəsində mövcu risklərin müəyyənləşdirilməsi, təhlili və qiymətləndirilməsini həyata keçirmək;
  • Potensial təhlükəli vəziyyətlərin qarşısını almaq üçün qabaqlayıcı tədbirləri təklif etmək və tətbiqinə nəzarət etmək;
  • Müntəzəm olaraq sahə yoxlamaları və daxili auditlər aparmaq;
  • Uyğunsuzluqları sənədləşdirmək və qabaqlayıcı tədbirlər üzrə təkliflər hazırlamaq;
  • İş yerində baş verən qəza və insidentlərin araşdırılması həyata keçirmək;
  • Araşdırma hesabatları hazırlamaq və təkrarlanmasının qarşısını almaq üçün tədbirləri tövsiyə etmək;
  • İşçilərin təhlükəsizlik və sağlamlıq mövzusunda maarifləndirilməsi üçün təlimlər təşkil etmək;
  • Yeni işçilərə giriş təlimatlarının keçirilməsini təmin etmək;
  • Gündəlik,həftəlik və aylıq hesabatların hazırlanması;
  • İnspeksiya və yoxlamalarla bağlı sənədlərin və protokolların düzgün şəkildə arxiləşdirilməsini təmin etmək;
  • Ətraf mühitin qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsinə nəzarət etmək (tullantıların idarə olunması,səs-küy və tozun azaldılması və s.).

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Adekvat əmək haqqı; 
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi.

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
  • İş vaxtı - Növbəli;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Müfəttiş” yazaraq [email protected] email ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla  göndərilməsi xahiş olunur. 

Tələblər

  • Müvafiq sahədə 3-4 il iş təcrübəsi;
  • Ali təhsil;
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalıdır.


Oxşar vakansiyalar