Ultra Technologies

Layihə meneceri (PM)

Ultra Technologies
Ə/h razılaşma ilə
2245
Tam iş günü
Bakı, Azərbaycan
15.05.25 - 15.06.25

İş haqqında məlumat

  • Layihənin əsas mərhələləri, iş axını və fəaliyyətlərini əhatə edən ətraflı layihə planının hazırlanması;
  • Komanda üzvlərinin koordinasiyası və resursların effektiv istifadəsinin təmin olunması;
  • Risklərin qiymətləndirilməsi və onların idarə olunması, potensial risklərin minimuma endirilməsi üçün risklərin idarə olunması;
  • Bütün layihələrin vaxtında, müəyyən olunmuş büdcə və əhatə dairəsində uğurla icra edilməsinin təmin edilməsi;
  • Layihə ilə bağlı sənədlərin hazırlanması və mütəmadi olaraq yenilənməsi;
  • Tərəfdaşlarla və müştərilərlə əlaqələrin qurulması və idarə olunması;
  • Biznes proseslərin analiz olunması,Biznes prosesə uyğun texniki tələblərin formalaşdırılması;
  • İşgüzar görüşlərin təşkil edilməsi və layihələrlə bağlı təqdimatların keçirilməsi;
  • Layihə və ya məhsulun test edilməsini təmin etmək, sənədləşdirilməsini aparmaq, məlumat axınlarını hazırlamaq
  • Layihələrin sonunda hesabatın formalaşdırılması və layihə ilə bağlı bütün məlumatların arxivlənməsi;
  • İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək;
  • İş yeri: Səməd Vurğun 79B,Ultra Technologies.

Tələblər

  • Ali təhsil (IT sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir);
  • Layihələrin idarə edilməsi sahəsi üzrə ən az 3 (üç) il iş təcrübəsi;
  • Azərbaycan dili yüksək səviyyədə;
  • “Agile” və “Scrum” metodologiyaları üzrə məlumatlılıq; 
  • MS Project, Jira, Trello və ya digər layihə idarəetmə alətləri ilə işləmə təcrübəsi;
  • Güclü analitik və strateji düşünmə bacarığı;
  • Komanda idarəetmə  bacarıqları;
  • Əla yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Proqramlaşdırma dilləri və texnologiyaları haqqında ümumi anlayış.


Oxşar vakansiyalar