Aznet Technologies QSC

Layihəçi mühəndis

Aznet Technologies QSC
1500 - 2000 ₼
5698
Tam iş günü
Bakı, Azərbaycan
22.05.25 - 22.06.25

İş haqqında məlumat

  • Ərazilərə layihə üçün texniki baxış keçirilməsi, GPON və FTTH layihələrinin hazırlanması;
  •  Magistrla kabellərin planlarının, çertyojlarının, vizualizasiyalarının və KMZ fayllarının hazırlanması;
  • Layihəyə texniki və metodiki rəhbərliyi həyata keçirir, layihə üzrə bütün işlərin və mərhələlərin ardıcıllığını təmin etməlidir;
  • Layihə çərçivəsində iş bölgüsünü etmək, vəzifələri təyin etmək;
  • Resursların ayrılmasına, düzgün istifadəsinə nəzarət etmək və layihənin müəyyənləşdirilmiş büdcə çərçivəsində həyata keçməsini təmin edir;
  • Layihə çəçivəsində yarana biləcək riskləri müəyyən etmək, qarşısını alınması üçün tədbirlər planı hazırlayır və ehtiyac yarananda tətbiq etmək
  • Yeni layihələrin inşasında, texnoloji proseslərin işlənib hazırlanmasında və mövcüd tikintinin rekonstruksiyasında əməyin təşkilini normativ-hüquqi tələblərə uyğun olaraq həyata keçirmək.
  • Hazırlanan hesabatlar ilə əlaqədar işin həcmini, maliyyə ehtiyacı və layihə sonu proyeksiya ehtimalları ilə layihənin hazırlanması zamanı ortaya çıxa bilən səhvləri müəyyən edərək lazımi tədbirlərin alınmasını təmin etmək .
  • Ondan asılı olan layihə və ya layihələrin baş planı, büdcə və iş proqramlarının hazırlanması, lazım olduğu təqdirdə təftiş edilməsi, bunların icrasına nəzarət etmək və rəhbərliyə hesabat vermək.
  • İstifadə edilən hər növ material, avadanlıq ilə əlaqədar lazımi testləri aparmaq, nümunələri almaq, kitabça və zəmanət sənədlərini nəzərdən keçirmək, və təsdiq edilməsi lazım olan sənədləri rəhbərliyə çatdırmaq.
  • Vəzifələri ilə bağlı hər növ yazışma, müqavilə, hesabat və s. sənədlərin nizamlı şəkildə hazırlamaq və saxlamaq .

İş şəraiti:

  • İş qrafiki: Həftəiçi hər gün saat 09:00-dan 18:00-dək;
  • İstirahət günləri: şənbə və bazar;
  • İşə qəbul AR Əmək Məcəlləsi qanunvericiliyinə uyğun olaraq aparılır;
  • Ünvan: Çinar Park Biznes Mərkəzi. 4-cü bina;
  • CV göndərilərkən məzmun yerində “Layihəçi mühəndis” qeyd olunması mütləqdir..

Tələblər

  • Təhsil: Ali (Mühəndislik ixtisası üzrə);
  • Uyğun  sahə üzrə ən azı 3 il peşəkar təcrübə;
  • Autocad, Google earth ( kmz file-larla işləmək), ArcGİS proqramlarını mükəmməl bilməli;
  •  Ünsiyyət qurabilmə, analiz və təhlillər apara bilmək bacarığı olmalı;
  • Dil bacarıqları: Azərbaycan və Rus dili sərbəst danışıq və yazma; 
  • Professional etik davranışları, gərgin şəraitdə işləmə bacarığı, (Vaxtın düzgün idarə edilməsi sahəsində təcrübəli mütəxəssislərə üstünlük verilir.);
  • Eyni zamanda bir neçə layihəni idarə etmək üçün güclü liderlik, düzgün proqnoz vermək və təşkilatçılıq bacarıqları.


Oxşar vakansiyalar