Bakı,
Azərbaycan
09.04.25
-
09.05.25
İş haqqında məlumat
- Vergi və mühasibat uçotunun düzgün və qanunvericiliyə uyğun aparılması;
- Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab-fakturalarının hazırlanması;
- Qarşılıqlı hesablaşmaların aparılması, üzləşmə aktlarının tərtib edilməsi;
- Mühasibat uçotu ilə bağlı sənədlərin tamlığını və qorunmasını təmin etmək;
- Vergi orqanları ilə yazışmaların aparılması, daxil olan məktubların nəzarətdə saxlanılması;
- Vergi hesabatlarının hazırlanması və vaxtında təqdim edilməsi (MDSS, ÖMV, ƏDV, Mənfəət vergisi);
- Debitor və kreditor borcların, nağd vəsaitlərin, mal qalığının, gəlir və xərclərin uçotunun aparılması;
- Əmək haqqı, ezamiyyə və son haqq-hesabların düzgün hesablanması və ödənilməsinə nəzarət;
- Mühasibat və vergi hesabatlarının tərtib edilməsi və aidiyyəti qurumlara təqdim olunması;
- Rəhbərliyin mühasibatlıq və maliyyə ilə bağlı tapşırıqlarının dəqiq və vaxtında icra edilməsi;
- İş rejimi: 6 günlük, Həftə içi saat 09:00-18:00, Şənbə günü saat 10:00-16:00, İstirahət günü - Bazar;
- İşə qəbul tam rəsmi şəkildə, əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir;
- Nahar yeməyi şirkət tərəfindən qarşılanır.
Tələblər
- Təhsil: Ali təhsil (maliyyə-mühasibatlıq sahəsi üzrə);
- Mаliyyə sаhəsi üzrə 5 (beş) ildən аz оlmаyаrаq iş təcrübəsi;
- Beynəlxalq maliyyə standartlarını bilmək: ACCA, AFCA, CIMA, PMS sertifikatları üstünlükdür;
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq baxımından yüksək bacarıqlara sahib olmalı.