Nutrient

Mühasib

Ə/h razılaşma ilə
1917
Tam iş günü
Bakı, Azərbaycan
17.04.25 - 17.05.25

İş haqqında məlumat

  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin 1C proqramında) əks etdirilməsi;
  • Daxil olan elektron qaimə fakturaların doğruluğunu yoxlamaq;
  • Mühasibat uçotu üzrə ilkin sənədləşmənin təşkili (müqavilə, hesab-faktura, təhvil-təslim aktları və s.);
  • Elektron qaimələrin yazılması;
  • Bank və kassa əməliyyatlarının mədaxil və məxarici;
  • e-taxes.gov.az (online kargüzarlıq, E-qaimə, Depozit hesabı və s.) sərbəst işləmə bacarığı;
  • Bank əməliyyatlarının (yerli və xarici ödənişlərin, o cümlədən vergi, sığorta və digər büdcə ödənişləri) icra edilməsi;
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması və ödənilməsi;
  • Debitor və kreditor borclarının uçotu, üzləşmələrin aparılması və idarəedilməsi;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Hesabatların hazırlanması (ƏDV, ÖMV, əmlak, statistik hesabat, Vahid bəyannamə, mənfəət vergisi hesabatı);
  • Vergi bəyənnamələrinin hazırlanması;
  • Rəhbərə maliyyə hesabatlarının təqdim edilməsi;
  • ƏMAS-da işləmə bacarığı;
  • İş rejimi:  I-V günlər, 09:00-dan 18:00-a kimi;
  • İş yeri: Bakı şəhəri, Nərimanov r-nu, Nəsibbəy Yusifbəyli küç 71.

Tələblər

  • Təhsil - İqtisadiyyat və ya Maliyyə sahəsi üzrə;
  • İş təcrübəsi - 3 il;
  • Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili və İngilis dili üstünlükdür;
  • Komputer bilikləri: 1C, EFP, MS Excel, MS Word, MS Power Point, MS Outlook proqramlarını mükəmməl bilməli;
  • Komanda da işləmə bacarığı;
  • Çevik və işgüzar olması;
  • Müəssisə üzrə kommersiya sirri hesab olunan məlumatların məxfiliyini təmin etməli.

Peşəkarlıq tələbləri: 

  • Səlis və aydın nitq, sistemıi təqdimat bacarığı qabiliyyəti;
  • Dəqiqlik və sənədlərlə düzgün işləmə;
  • Məsuliyyətli, dəqiq, dürüst və ünsiyyətcil olması;
  • Təqdimat aparmaq və idarəetmə bacarığı.

Oxşar vakansiyalar