Bakı,
Azərbaycan
12.06.2025 11:03
-
12.07.2025 12:00
İş haqqında məlumat
- Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlər və s. hesabı) yerinə yetirmək;
- Əsas vəsaitlərin uçotunu aparmaq, mədaxili, yerdəyişməsi və silinməsini sənədləşdirmək;
- İnventarizasiyanın aparılmasında və sənədləşdirilməsində iştirak etmək;
- Departamentin rüblük olaraq vergi bəyannamələrini hazırlanmaq, hazırlanmış bəyannamələri aidiyyəti üzrə təqdim etmək;
- Mühasibatlıq sənədlərini 1C mühasib proqramına daxil etmək;
- Departamentin ay üzrə təqdim olunan bank cədvəllərinin əmək haqqı hesablanması cədvəli ilə uyğunluğunu yoxlamaq;
- Ezamiyyətə gedən işçilərin gündəlik və kommunal xərclərinin ödənilməsi üçün ezamiyyə vərəqələrinə uyğun hesabatı işçilərdən qəbul etmək və nəzarəti həyata keçirmək;
- Şirkətin anbarı üzrə mal-materialların uçotunu aparmaq, sahələr üzrə mal-material hesabatlarını qəbul etmək və yoxlamaq;
- Materialların, yanacağın, pul vəsaitlərinin sərf olunmasının düzgünlüyünə nəzarət etmək;
- Rəhbəri tərəfindən verilmiş tapşırıqları icra etmək;
- Könüllü tibbi sığorta;
- Nahar ilə təmin edilmə;
- Korporativ mühit, peşəkar təcrübə qazanma imkanı;
- 5 günlük;
- İş saatı: 09:00-18:00;
- İş yeri: Bakı şəhəri, Xətai rayonu, Xocalı pr-ti 13 A, Xətai Plaza.
Tələblər
- Ali təhsil: Müvafiq sahə üzrə;
- İş stajı: Tələb yoxdur;
- Dil biliyi: İngilis və ya rus Dili;
- Sertifikatlar: ACCA (F3, F7);
- Rəqəmsal bacarıqlar: MS office (yaxşı səviyyə), 1 C ;
- Azərbaycan Respublikasının Mühasibat uçotu haqqında qanunu və digər qanunvericilik aktları; Mühasibat hesabının metod və formaları, uçot və hesabatı; Hesabatların plan və korrespondensiyası; Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkili; Sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydaları; Hesablama texnikasının istismarı qaydaları;
- Analitik düşüncə, nəticəyönümlülük, peşəkar ehtiyatlılıq, vaxtın effektiv idarə edilməsi, problem həlletmə, diqqətlilik.