Bakı,
Azərbaycan
18.07.2025 23:37
-
18.08.2025 12:00
İş haqqında məlumat
- Mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil edir;
- Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil edir;
- İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsini təşkil edir;
- Əmək haqqı, ezam və son haqq-hesabların hesablanması və ödənilməsinə nəzarət və düzgün hesablarda əks olunması;
- Xarici ölkədən idxal olunan malların 1C proqramına işlənməsi;
- Xarici ölkədən idxal olunan malların gömrük ödənişlərinin hesablanaraq İnternet bakinq və e-taxes vasitəsilə icra edilməsi;
- Tender üzrə tələb olunan sənədlərin toplanması və iştirk haqqlarının ödənilməsini həyata keçirilməsi;
- Dövlət büdcəsinə məcburi ödəməli, vergi, dövlət sosial sığorta fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsini təşkil edir;
- Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin edir;
- E-qaimə fakturalarının yazılması, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarıq-Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması;
- Mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi;
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
- Daxili hesabatların hazırlanması və təqdim olunması;
- Mühasibat, vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatlar;
- ƏDV ilə işləmə bacarığı;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması.
Tələblər
- Ali təhsil (Maliyyə və ya mühasibatlıq üzrə)
- Analoji sahə üzrə 3 ay və ya daha çox iş təcrübəsi
- Yaş həddi: 20 - 45 yaş
- Excell ( peşəkar səviyyədə bilməli) və 1C proqramında işləmə bacarığı
- Vergi məcəlləsini bilməli
- Azərbaycan dilində yüksək səviyyədə danışmaq və yazışmaları aparmaq bacarığı
- Müstəqil və ya komanda daxilində işləmək bacarığı
- Şirkət daxili departamentlərlə birgə çalışmaq və daxili sifarişləri mütamadi olaraq izləmək