Bakı,
Azərbaycan
23.07.2025 10:47
-
23.08.2025 12:00
İş haqqında məlumat
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin 1C proqramında) əks etdirilməsi;
- Daxil olan elektron qaimə fakturaların doğruluğunu yoxlamaq;
- Mühasibat uçotu üzrə ilkin sənədləşmənin təşkili (müqavilə, hesab-faktura, təhvil-təslim aktları və s.);
- Elektron qaimələrin yazılması;
- Bank və kassa əməliyyatlarının mədaxil və məxarici;
- e-taxes.gov.az (online kargüzarlıq, E-qaimə, Depozit hesabı və s.) sərbəst işləmə bacarığı;
- Bank əməliyyatlarının (yerli və xarici ödənişlərin, o cümlədən vergi, sığorta və digər büdcə ödənişləri) icra edilməsi;
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması və ödənilməsi;
- Debitor və kreditor borclarının uçotu, üzləşmələrin aparılması və idarəedilməsi;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- ƏMAS-da işləmə bacarığı;
- Əmək haqqı: 600-800 AZN (müsahibə əsasında müəyyənləşəcək.);
- İş rejimi: I-V günlər, 09:00-dan 18:00-a kimi;
- İş yeri: Bakı şəhəri, Nərimanov r-nu, Nəsib bəy Yusifbəyli küçəsi.
Tələblər
- Təhsil – Ali və ya orta təhsil;
- İş təcrübəsi - müvafiq vəzifədə minimum 1 il;
- Proqram biliyi: 1C (əla), MS Excel bilikləri; ƏMAS
- Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili və İngilis dili arzu olunandır;
- Komanda da işləmə bacarığı;
- Çevik və işgüzar olması;
- Müəssisə üzrə kommersiya sirri hesab olunan məlumatların məxfiliyini təmin etməli;
- Səlis və aydın nitq, sistemıi təqdimat bacarığı qabiliyyəti;
- Dəqiqlik və sənədlərlə düzgün işləmə
- Məsuliyyətli, dəqiq, dürüst və ünsiyyətcil olması;
- Təqdimat aparmaq və idarəetmə bacarığı.