

Müştəri əlaqələrinin idarə edilməsi şöbəsinin mütəxəssisi (reception)
Autolux Azerbaijan LLC
Ə/h razılaşma ilə
988
Tam iş günü
Bakı,
Azərbaycan
10.06.2025 23:10
-
10.07.2025 12:00
İş haqqında məlumat
- Daxil olan ümumi zəngləri cavablandırmaq;
- Servis və satış sonrası xidmət səviyyəsinin ölçülməsi ilə bağlı müştərilərə zəng etmək;
- Satışa aid daxil olan zəngləri cavablandırmaq və qeydiyyata alaraq müvafiq satış təmsilçisinə yönləndirmək;
- Xidmət Mərkəzlərinə müraciət edən müştərilərin zənglərini cavablandırmaq və avtomobilin qəbulu üçün vaxt təyin edərək onların qeydiyyatını aparmaq;
- Salona daxil olan müştəriləri müvafiq istiqamətlərə yönləndirmək;
- Cəmiyyətə daxil olan sənədləri qəbul edib onların qeydiyyatını aparmaq;
- Günlük salona daxil olan müştəri məlumatlarını (ad-soyad, mobil nömrə, e-mail ünvanı, maraqlandığı avtomobil modeli, məlumat aldığı mənbə və s.) haqqında məlumatların qeydiyyatını aparmaq;
- İş qrafiki: / Bazar ertəsi - cümə 10:00 - 18:00, şənbə 10:00 - 16:00.
Tələblər
- Ali təhsil;
- İngilis dilini bilmək mütləq, rus dili arzuolunandır;
- MS Office proqramlarında işləyə bilmə bacarıqları;
- Operativlik, dəqiqlik və səliqə;
- Komandada işləmək bacarığı, yüksək ünsiyyət qurma və dinləmə bacarıqları;
- Subordinasiyaya və etik davranış qaydalarına əməl etmə bacarığı.