My Group Holding

Qeydiyyatçı (My Service)

My Group Holding MMC
Ə/h razılaşma ilə
1252
Tam iş günü
Bakı, Azərbaycan
11.06.2025 19:22 - 11.07.2025 12:00

İş haqqında məlumat

  • Müştərilərin gülərüz və nəzakətli şəkildə qarşılanması və yönləndirilməsi;
  • Müştəri məlumatlarının dəqiq şəkildə qeydiyyata alınması;
  • Qəbul olunan cihazların sistemə düzgün daxil edilməsi;
  • Gündəlik qəbul və təhvil-təslim aktlarının hazırlanması və arxivləşdirilməsi;
  • Telefon zənglərinin cavablandırılması və yönləndirilməsi;
  • Sənədlərin düzgün qaydada idarə olunması və müvafiq sistemlərə daxil edilməsi;
  • Müştəri suallarına ilkin cavab vermək və xidmətlər barədə məlumat vermək;
  • Müştəri məmnuniyyətinin təmin olunmasında aktiv iştirak;
  • Cihazların qəbulu və təhvili prosesində sənədləşmənin aparılması;
  • Anbar və ehtiyyat hissə hərəkətləri ilə bağlı ilkin sənədlərin toplanması (əgər zərurət olarsa);
  • Mağaza daxilində səliqə-sahmanın qorunmasına nəzarət;
  • Rəhbərliyin verdiyi gündəlik tapşırıqların yerinə yetirilməsi.

Əmək haqqı:  Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcək.

İş qrafiki:       6 günlük iş qrafiki (şənbə günü qısa iş günü). İstirahət günü: bazar günü.

İş yeri:            Nizami küçəsi 166b. My Service Center mağazası. 

Tələblər

  • Natamam ali təhsil və ya orta ixtisas təhsili;
  • Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili bilikləri arzuolunandır);
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı; 
  • 1C proqramında işləmə - üstünlükdür;
  • Stressə davamlılıq və operativ qərarvermə bacarığı;
  • Müştəri ilə ünsiyyət bacarıqları və gülərüzlük;
  • Məsuliyyətli və diqqətli olmaq;
  • Nizam-intizamlı və komanda ilə işləmə bacarığı.


Oxşar vakansiyalar