Bakı,
Azərbaycan
14.04.25
-
14.05.25
İş haqqında məlumat
- Anbara qəbul olunan şəkər tozu, dənli və paxlalı məhsulların yoxlanaraq depolanmasını təşkil etmək;
- Anbarda depolanan məhsulların mütəmadi olaraq yoxlanılmasını həyata keçirmək;
- Zərərvericilərlə yoluxmuş məhsulları aşkar etmək və üst rəhbərinə məlumat vermək;
- Fumiqasiya prosesindən keçmiş məhsulların zərərvericilərdən təmizlənməsi üçün təmizləmə cihazından istifadə etmək;
- Təmizləmə cihazından istifadə edərək məhsulların onlara xas olmayan qırıntılardan, qalıqlardan, kənar maddələrdən təmizlənməsini həyata keçirmək;
- Təmizləmə prosesindən keçmiş məhsulları yenidən kisələrə doldurulması, tərəzidə ölçülməsi və kisələrin tikiş makinası ilə tikilməsini həyata keçirmək;
- Gündəlik, həftəlik və aylıq olaraq fumiqasiya və təmizləmədən keçmiş məhsulların hesabatlılığını tutmaq və üst rəhbərinə təqdim etmək.
Tələblər
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Qida sahəsi üzrə istehsalat təcrübəsi arzuolunandır;
- Cəld, dəqiq və məsuliyyətli olmalı;
- Vaxtın səmərəli idarəedilməsi bacarığı.