Bakı,
Azərbaycan
08.04.25
-
08.05.25
İş haqqında məlumat
- Klinikanın xidmətlərindən istifadə edən pasientlərə yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək;
- Pasientlərin müraciətlərini və şikayətlərini dinləmək, araşdırmaq və aidiyyəti üzrə aradan qaldırılmasını təmin etmək;
- Pasient məmnuniyyətinin və işin keyfiyyətinin artırılması istiqamətində aidiyyəti rəhbərlər və struktur bölmələrlə əlaqəli işləmək;
- Pasient məmnuniyyətinin artırılması istiqamətində işçilərin performansı barədə mütəmadi olaraq rəy bildirmək, tövsiyyə və təkliflər vermək;
- Cavabdeh olduğu struktur bölmələrin problemsiz və bir-biri ilə əlaqəli işləməsini təmin etmək;
- Pasientlərlə birbaşa işləyən əməkdaşların iş yükü və qrafiklərini həkimlərin iş yükü və pasient sayına uyğun olaraq düzgün şəkildə koordinasiya etmək;
- Tibbi məsələlərlə bağlı olan müraciət, sorğu və problemləri baş həkimə yönləndirmək və həll edilib nəticələndirilməsini izləmək;
- Klinikaya daxil olan pasientlərin qəbulu, qeydiyyatı, müayinə, müalicə və əməliyyat mərhələlərinin aidiyyatı əməkdaşlar tərəfindən təlimatlara uyğun olaraq vaxtında, dəqiq və düzgün şəkildə həyata keçirilməsinə nəzarət etmək;
- Klinikada iş yükünə uyğun olaraq struktur bölmələrdə işçi sayının planlaşdırılmasına iştirak etmək;
- Rəhbərlik etdiyi struktur bölmələrdə işlərin düzgün və vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
- İş yeri: Bakı şəhəri və Lənkəran şəhəri
- İş qrafiki: 6 günlük
- İşçinin özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər.
Tələblər
- Ali təhsil (Tibbi və idarəetmə üzrə təhsil arzuolunandır) ;
- Azərbaycan dilini sərbəst bilməsi, rus və ingilis dil biliyinin olması üstünlükdür;
- Klinika idarəetmə işləri üzrə təcrübə;
- Liderlik bacarığı;
- Güclü ünsiyyət və problem həlletmə qabiliyyəti;
- Məsuliyyətli və dürüst;
- Komandada işləmə bacarığı;
- Poliklinika və stasionar proseslər barədə biliklər;
- Stresə davamlı, dəqiq və məsuliyyətli;
- Konfliklərin idarəedilməsi qabiliyyəti;
- MS Ofis programlarında sərbəst işləmə bacarığı;
- İdarəetmə üzrə təlim və sertifikatların olması üstünlükdür.