Bakı,
Azərbaycan
22/05/2026
-
22/06/2026
İş haqqında məlumat
Siz yaradıcı düşüncənizi real layihələrdə sınamaq, sosial media kontentləri hazırlamaq və dizayn sahəsində praktiki təcrübə qazanmaq istəyirsinizsə — bu təcrübə proqramı sizin üçündür!
Əsas vəzifə öhdəlikləri
- Sosial media platformaları (Instagram, Facebook və s.) üçün vizual postların və digər qrafik materialların hazırlanması
- Brend kimliyinə uyğun kreativ dizayn konseptlərinin işlənməsi
- Verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi
- Daim yenilənən dizayn trendlərini izləmək və gündəlik işlərdə tətbiq etmək
- Komanda ilə əməkdaşlıq edərək ideyaların vizuallaşdırılması
Təcrübə proqramı haqqında
- İş qrafiki: həftənin 5 günü, 10:00 – 18:00
- İstirahət günləri: Şənbə və Bazar
- İş yeri: 25 Plaza
- Təcrübə proqramı ödənişlidir və müddət: 3 ay
- Şirkət tərəfindən aylıq 200 AZN ödəniş nəzərdə tutulur
Biz sizə nə təklif edirik?
- Real layihələr üzərində işləmək imkanı
- Peşəkar komanda ilə inkişaf etmək şansı
- Güclü portfolio qurmaq üçün real iş təcrübəsi
- Dizayn sahəsində praktiki biliklərin artırılması
Tələblər
- Yaş: 18–25
- Təhsil: Ali təhsil (Qrafik dizayn, qrafika, vizual kommunikasiya və ya müvafiq sahə üzrə)
- Adobe Photoshop və Adobe Illustrator proqramlarında baza biliklər
- Kreativ düşüncə və güclü estetik zövq
- Öyrənməyə açıq, məsuliyyətli və detallara diqqətli yanaşma
- CorelDraw bilikləri üstünlükdür (öyrədiləcək)
Müraciət qaydası
Mövzu hissəsində “Qrafik Dizayner (Təcrübəçi)” qeyd edərək şəkilli CV-nizi və əgər mövcuddursa, portfolio linkinizi və ya faylınızı [email protected] ünvanına göndərməyiniz xahiş olunur.