

Zəmanət və Keyfiyyətə Nəzarət üzrə Menecer
BSC Consulting & Outsourcing Company
Ə/h razılaşma ilə
1000
Tam iş günü
Gəncə,
Azərbaycan
08.09.2025 11:03
-
08.10.2025 12:00
İş haqqında məlumat
Gəncə şəhərində Servis mərkəzinə zəmanət və keyfiyyətə nəzarət üzrə menecer axtarılır.
- Keyfiyyətə nəzarət: Şirkətin xidmətinin keyfiyyətinin beynəlxalq standartlara uyğun olmasını təmin etmək;
- Zəmanət proseslərinin idarə edilməsi: zəmanət tələblərinin izlənməsi və müvafiq prosedurların həyata keçirilməsi;
- Keyfiyyət yoxlamalarının aparılması: Hər bir xidmətin keyfiyyət standartlarına uyğun olub-olmamasını müəyyən etmək;
- Əməkdaşların təlimatlandırılması: Keyfiyyətlə bağlı prosedurların düzgün tətbiq edilməsi üçün əməkdaşları yönləndirmək və təlimlər keçirmək;
- Daxili auditlər və yoxlamalar: Keyfiyyətə nəzarət sisteminin fəaliyyətini müntəzəm olaraq yoxlamaq və təkmilləşdirmək.
İş şəraiti:
- Əmək qanunvericiliyinə uyğun münasibətlərin rəsmiləşdirilməsi;
- Əmək haqqı müsahibə zamanı təcrübə və bacarıqlara əsasən təyin ediləcək.
Ərizə qəbulu:
- Vakansiya ilə bağlı müraciət üçün əlavə CV formasını e-mail vasitəsilə mövzu yerinə “Zəmanət və Keyfiyyətə Nəzarət üzrə Menecer” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.
Tələblər
- Zəmanət və keyfiyyətə nəzarət sahəsində minimum 3 il iş təcrübəsi;
- İngilis və rus dilləri biliyi mütləqdir;
- Keyfiyyət idarəetməsi və zəmanət proseslərinin idarə edilməsi üzrə biliklər;
- ISO və digər beynəlxalq keyfiyyət standartlarına bələd olmaq.
Əlavə üstünlüklər:
- Konkurent qabiliyyətli əmək haqqı və əlavə mükafatlar;
- Yüksək standartlara cavab verən iş şəraiti və müasir avadanlıqlar.