Amina and S Group

1C - anbardar

Amina and S Group
Ə/h razılaşma ilə
3367
Tam iş günü
Bakı, Azərbaycan
10.09.2025 05:36 - 10.10.2025 12:00

İş haqqında məlumat

  • Anbara daxil olan və çıxan malların qəbulunu, yerləşdirilməsini və verilməsini təmin etmək. 
  • Anbarın hesabatının aparılması;
  • Alət və avadanlıqların inventarizasiyası;
  • Alət və avadanlıqlarıb cari vəziyyətinin nəzarətdə saxlanılması
  • Rüblük təftişlərin aparılması
  • Anbardakı malların dövriyyəsinin analizi;
  • Anbarda keçirilən sayımlarda iştirak etmək;
  • Rəhbərliyin verdiyi digər müvafiq tapşırıqların yerinə yetirilməsi;
  • 1C proqramında, anbar və xidmət sənədlərinin vaxtında və düzgün daxil edilməsi;
  • Anbar hərəkətləri və malların uçotu üzrə sənədlərin qeydiyyatı və yoxlanılması;
  • Qaimələrin düzgünlüyünün yoxlanılması;
  • Müvafiq sənədlərin arxivləşdirilməsi və sistemləşdirilməsi;
  • Proqramda texniki nasazlıqlar olduqda bu barədə məsul şəxslərə məlumat verilməsi;
  • Mühasibatlıq və vergi üçün tələb olunan məlumatların sistemdə düzgün şəkildə işlənməsi.

İş şəraiti:

  • ARƏM uyğun işə qəbul;
  • Həftədə 2 gün istirahət.

Əlaqə üçün: 010-225-30-89

Ünvan: Bakı ş.

Əmək Haqqı: Müsahibə əsasında müəyyən ediləcək

Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “1C anbardar” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali və ya orta ixtisas təhsili;
  • Qeyd olunan sahədə azı 3-5 il iş təcrübəsi tələb olunur;
  • Ofis proqramları: MS office (word,excel), 1C 8.3;
  • Verilən tapşırıqların düzgün yerinə yetirilməsi;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı; 
  • Problem həll etmək bacarığına malik;
  • Məsuliyyət,düzgünlük, dəqiqlik, və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yüksək kommunikasiya və komanda ilə işləmə bacarığı olmalı;
  • Dəqiq, nizam-intizamlı olmalı.


Oxşar vakansiyalar